Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anqstrem
Anqstrem (A) - İşığın dalğa uzunluğunun ölçülməsində istifadə edilən ölçü vahididir.
Anqstremlər
Anqstremlər, Onqströmlər (Ångström) – İsveç alimləri ailəsi, ata, oğul, nəvə. == Anders Yonas Anqstrem == A. Y. Anqstrem – fizik, Upsala universitetinin professoru (1958). Böyük dəqiqliklə Günəş spektri xətlərinin dalğa uzunluqlarını ölçmüş və onların ilk müfəssəl atlasını tərtib etmişdir. 10–10 m-bərabər olan uzunluq vahidinə onun ad verilmişdir. == Knut Yuxan Anqstrem == K. Y. Anqstrem — geofizik, İsveç Kral Elmlər Akademiyasının üzvü (1893), Upsala universitetinin professoru (1896). O, infraqırmızı şüaların müxtəlif maddələr tərəfindən udulmasını tədqiq etmiş, kompensasiyalı pirheliometr və pirheometr yaratmışdır. == Anders Knutson Anqstrem == A. K. Anqstrem – geofizik, İsveç Kral Elmlər Akademiyasının üzvü (1948). İsveç hava bürosunun başçısı (1940-cı ildən), Stokholmda Meteorologiya və Hidrologiya İnstitutunun direktoru (1949–54cü illər) olmuşdur. Yerin şüasaçma intensivliyini müəyyən etmək üçün empirik düstur çıxarmış, piranometr quraşdırmış, Günəş sabitinin və Günəş aktivliyinin dəyişməsinin tədqiq etmişdir.