Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Voroşilov atıcısı (film)
Voroşilov atıcısı (rus. Ворошиловский стрелок, Rom: Voroshilovskiy strelok) — 1999-cu ildə rejissor Stanislav Qovoruxin tərəfindən çəkilmiş olan Rusiya istehsalı olan Vigilante janrında dram filmidir. İkinci Dünya müharibəsi veteranı olan İvan Afonin nəvəsi Katya ilə birlikdə yaşayır. Yaxınlıqdakı mənzildə yaşayan üç nəfər gənc (Vadim Paşutin, yerli iş adamı Boris Çuhanov və tələbə İqor Zvorıgin) çərşənbə günlərini özləri üçün cinsi həzz günü kimi təyin edirlər və həmin günləri özlərinə fahişə tutaraq vaxt öldürürlər. Çərşənbə günlərinin birində özlərinə fahişə tapa bilməyəndə təsadüfən yoldan keçən bir qızdan istifadə etmək qərarına gəlirlər. Onlar Katyanı ad günü bəhanəsi ilə öz mənzillərinə aparıb onu orada zorlayırlar. Əvvəlcə cinayətkarlar həbs edilirlər; lakin, Vadimin atası Nikolay polisdə yüksək vəzifəli bir şəxsdir və o öz nüfuzundan istifadə edərək oğluna və dostlarına qarşı irəli sürülmüş olan ittihamları ləğv etməyə nail olur. Cinayətkarların ədalətdən qaçmasından qəzəblənən İvan daçasını satır və əldə etdiyi pulla qanunsuz silah satıcısından səsboğucu ilə təchiz edilmiş olan bir ədəd SVD snayper tüfəngi alır. Silahı satıcının gözləri qarşısında sınaqdan keçirdərək, bütün test hədəflərini mükəmməl bir formada vurur və satıcının heyranlığını qazanır. Qonşusu səfərə çıxanda tutuquşusuna baxması üçün mənzilinin açarlarını İvana verir.