Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antiseptika
Antiseptika (anti… + yun. σηπτιχός – irinli) – yarada, pataloji ocaqda və tam orqanizmdə mikrobların məhv edilməsi üçün tədbirlər kompleksi. Hələ qədim dövrlərdə həkimlər yaranı zərərsizləşdirmək üçün közərmiş dəmirdən, qaynar yağdan istifadə etmişlər. Antiseptikanın elmi əsası L. Pasterin əsərlərində qoyulmuşdur. C. Lister yaranın irinləməsini izah etmiş və antiseptika üsulunu təklif etmişdir (1867). Antiseptika aseptika ilə birlikdə müasir cərrahiyyənin əsasını təşkil edir. Antiseptikanın mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq növləri var. Yarada mikrobların miqdarını azaltmaq, onların həyat fəaliyyəti üçün əlverişsiz şərait yaratmaq üçün yaranın cərrahi işlənməsi – yad cisimlərin, ölmüş və infeksiyalaşmış toxumaların mexaniki təmizlənməsi, şişkinlik və ciblərin açılması, yuyulması və s. tədbirlər yara infeksiyalarının müalicəsində mühüm rol oynayır. Fiziki antiseptikada yara sekretini soran hiqroskopik sarğılar, yara ifrazatını sarğıya çəkən hipertonik məhlullar, habelə ultrasəs, ultrabənövşəyi şüalar tətbiq edilir.