Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antiutopiya
Antiutopiya (anti və utopiya), həmçinin distopiya (yun. δυσ - inkar və yun. τόπος - yer) və ya kakotopiya (kakotopia və cacotopia yazılışında olur; yun. κακός - pis) — müəllif tərəfindən xoşagəlməz və ya qorxulu sayılan bir icmanın və ya cəmiyyətin təsviri. Utopiyanın əksi və ya onun törəməsidir. == Etimologiya == Mənfi utopiya terminalogiyası qərb dillərində XIX əsrdə formalaşmağa başlayıb. Kakotopiya ("təsəvvür olunan ən pis hökumət") ifadəsi ilk dəfə Ceremi Bentam tərəfindən onun 1818-ci ilin Plan of Parlamentary Reform pamfletində utopiyanın ("təsəvvür olunan ən yaxşı hökumət") əksi kimi təklif olunur. Lora Mensfild qeyd edir ki, bu söz kakofoniya sözünə oxşayır. XX əsrin ədəbiyyatından bu ifadəni iştədən Entoni Börcess idi (1985 romanıda). İngilis dilində ən çox istifadə olunan distopiya ifadəsini ilk dəfə Con Stüart Mill tərəfindən 1868 ildə Böyük Britaniya İcmalar palatasında hökumətin İrlandiyadaki torpaq siyasəti ilə əlaqəli olaraq işlənilib.