Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antonimlər
Antonim (yun. αντί όνομα) — leksik mənalarına görə bir-birinin əksi olan sözlərə deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində tazahür edən leksik antonimlərdir. Məsələn: ağ - qara, dost - düşmən, gülmək – ağlamaq, oturub-durmaq. Ağıllı va ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonim qarşılıqlar da, sinonimlər kimi, eyni nitq hissəsinə mənsub olur yaxud (hər ikisi isim), gediş-gəliş (isim), acı-şirin (sifət) ağlağan-güləyən (sifət), uzun-qısa (sifət), yuxarı-aşağı(zərf), gecə-gündüz (zərf), oturmaq- durmaq(feil), gülmək - ağlamaq(feil), açmaq-bağlamaq (feil), az-çox (say). Nəzərə almaq lazımdır ki, frazeoloji söz birləşmələrinin antonimi də ancaq özü kimi frazeoloji birləşmə olmalıdır. Məsələn: dilotu yemək - ağza su alıb oturmaq.
Antoninlər sülaləsi
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.