Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apateizm
Apateizm (Apatiya yun. απάθος — ehtirassızlıq) və Teizm (yun. Θεός, Teos - tanrı) / Ateizm (yun. ἄθεος — "tanrısız") sözlərinin birləşməsi. Tanrıya laqeydlik, praqmatik ateizm və ya (tənqidi olaraq) praktik ateizm; hər hansı bir tanrıya olan inanca və ya inancsızlığa qarşı maraqsızlıq. Apateizmin tanrı(lar)ın varlığına və ya yoxluğuna qarşı bir mövqeyi olmadığından həm teizm həm də ateizm hesab edilə bilər. Apateistlər eyni zamanda tanrı(lar)ın var olub olmadığ(lar)ına dair hər hansı bir mühakiməyə qatılıb qatılmamaqla maraqlanmır. Digər bir deyişlə bir apateist, tanrı(lar)ın varlığı ilə əlaqədar sual soruşmanın mənasız və həyatıyla maraqsız olduğu fikirindədir. Apatetik aqnostisizm və ya praqmatik aqnostisizm, hər hansı bir mübahisənin tanrı(lar)ın varlığını dəstəkləyən və dəstəkləməyən dəlillər təqdim etməyəcəyini və bir tanrının var olması vəziyyətində insanların taleyi ilə əlaqəsi olmadığını, dolayısıyla varlıq və ya yoxluğunun insan həyatı üzərində təsiri olmayacağını müdafiə edir. Tanrı varlığının/yoxluğu haqqında dəqiq məlumat almaq ehtimalında belə apateistlerin bu mövqeyi dəyişməz.