Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Arbatan (Heris)
Arbatan (fars. اربطان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,824 nəfər yaşayır (670 ailə).
Arbatan (Mərənd)
Arbatan (fars. ارباتان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,582 nəfər yaşayır (336 ailə).
Arbatan (Salyan)
Arbatan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Arbatan Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kur çayının sağ sahilindən bir qədər aralı, Salyan düzündədir.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. Əhalisi 826 nəfərdir.
Atbatan
Atbatan — Atbatan palçıq vulkanı. Atbatan — Tovuz rayonunda bataqlıq; Atbatan — Abşeron yarımadasında gol. Atbatan (Bostanabad) — İranda kənd.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Atbatan (Bostanabad)
Atbatan (fars. آتباتان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (88 ailə).
Atbatan palçıq vulkanı
Abşeron yarımadasının şimal-qərb hissəsində, Pirəkəşkül N saylı hərbi-hissəsindən 3 km cənubda, şose yolunun sol tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 130–140 m-dir. Səthin forması və xarakteri ilə bərabər palçıq vulkanlarının ölçülərinə təsir edən digər faktorlar püskürülmüş brekçiyanın miqdarından, konsistensiyasından da asılıdır. Vulkanın morfologiyasını dəyişdirən digər şərtlər əraçinin iqlim şəraiti və hidrogeoloji rejimidir. Günəş şüasının və küləklərin təsiri ilə baş verən buxarlanma, atmosfer yağıntıları səthdə kəskin çatların, eroçiya kəsiklərinin yaranmasına səbəb olur. Zaman keçdikcə bu kəsiklər dərin yarğanlara çevrilir. Belə dərin yarğanlar Otman Bozdağı üçün çox xarakterikdir. Bəçən kraterdə yaranan salza və qrifonlardan çıxan iri həcmli su kütləsi onun yamaclarının parçalanmasına səbəb olur. Belə vəziyyət Şonqar palçıq vulkanında müşahidə edilir. Yusifov, Elman.
Aşağı Aratan (Aralıq)
Aşağı Aratan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdır il mərkəzindən 57 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır.