Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arşakilər
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Arşakilər (Parfiya) sülaləsi

Alban Arşakiləri
Alban Arşakiləri – Qafqaz Albaniyasını miladi tarixlə I əsrdən 510-cu ildək idarə etmiş hökmdar sülaləsi. == Tarixi == Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz etmişdir. Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I əsrində hakimiyyətə gələn I Cəsur Vaçaqan olmuşdur. Belə güman etmək olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında başqa məlumat yoxdur.
Atropatena Arşakiləri
Atropatena Arşakiləri – Böyük Arşakilər sülaləsinin Atropatena dövlətində hakimiyyətdə olmuş qolu. == Haqqında == Arşaklərin kiçik qolu Atropatenada II Artabanın oğlu Vonondan başlayaraq III Artaban və sonra gələn hökmdarlar Atropatenanın hərbi nöqteyi-nəzərdən gücləndirməyə səy göstərmişlər. Bu hökmdarlar qüvvətli ölkələrlə iqtisadi-ictimai, bəzi hallarda isə diplomatik əlaqələr yaradırdılar. Atropatena hökmdarları e.6-cı ilindən – 224-cü ilə kimi olan Arşakilərin kiçik qolu hakimiyyət başında gələndən öz hakimiyyətlərinin sonuna kimi öz müstəqilliklərini qoruyub saxlaya bilmişlər. Bununla belə Atropatena hökmdarlarının bəzi hallarda az miqdarda olsa belə Parfiyaya xərac verdikləri də məlumdur. Bunun müqabilində isə parflar Atropatenanın daxili işlərinə qarışmır və Atropatenanın daxili qayda-qanununa toxunmurdular. Həmçinin Atropatena şahları öz müstəqilliyini qoruyub saxlamaq məqsədiylə parfiyalılar əleyhinə romalılarla qohumluq əlaqələri yaradıb, diplomatik müqavilələr də bağlayırdılar. Atropatenada Arşakilərin hakimiyyəti Vanondan başlamışdır. Atropatena hökmdarı III Artabanın (b.e. 10 – 40 – cı illəri) anası IV Fraatın qızı, atası isə Atropatena hökmdarı olmuşdur.
Erməni Arşakiləri
Arranilər
Aranilər və ya Aranoğulları sülaləsi — tarixi rəvayətə görə bu sülalənin banisi miladdan öncə Qafqaz Albaniyasının hökmdarı olmuş Aran hesab olunur. Bu nəslin nümayəndələri Qafqaz Albaniyasında hakimiyyətə gəlmiş Arşaki I Vaçaqanadək (miladi tarixlə 215–255) yəni, onun miladi 215-ci ilədək bu ölkəni idarə etmişlər. Adları tarixi məxəzlərdə çəkilən nümayəndələri Oroys, Kozis və Zoberdir. "Alban ölkəsinin tarixi" əsərinə görə Arandan sonra hakimiyyətə Aray, Ənuşavan, Parət, Ərbaq, İsanın həmdövrü Zavan, Pərnas, Sur, Həvəng, Vaştaq, Əmbək, Ərnək, Şəvərş, Horay, Vəstamkar, Həraq, Hiran, Əncaq, Dalaq, Huray, Zərmehr, Davudun həmdövrü Borc, Ərbun, Bəzək, Xoy, Yusaq, Qaynaq, Sqayordu (bu öz tacını Babil çarından almışdı), Paruy, Pərnəvaz, Pəçuç, Kornaq, Pavus, az yaşamış Yeruand və Tiqran gəlmişdir. == Sülalənin davamçıları == Xaçın knyazı Həsən Cəlal Arranşahlar sülaləsinin nəslindən gəlir. Həsən Cəlalın davamçıları Gülüstan, Xaçın və Crabert məlikliklərini idarə edirdi.
Aramilər
Aramilər (Aramicə: ܣܘܪ̈ܝܝܐ ܐܪ̈ܡܝܐ) — Mesopotamiyadan olan Semit bir xalqdır, günümüzdə: Türkiyənin cənub-şərqində, Suriyanın şimal-şərqində və İraqın şimalında. Arami xalqının öz dili, Arami dili var. Bu bir vaxtlar qlobal bir dil idi və İsa Məsihin də danışdığı Orta Şərq dil frankası idi. Aramilər Xristianlığı qəbul edən ilk xalqlardan biri idi və müxtəlif Arami kilsələrinin bir hissəsidir. Zülm və zülmə görə arameylilər, əsasən Qərbi Avropa, Amerika və Okeaniyada diasporada yaşayırlar. == Aramilərin əlifbası == Aramilər e.ə 11–10-cu əsrlərdə finikiya əlifbasını mənimsəmişlər, lakin 8-ci əsrin ortalarından etibarən arami əlifbası yalnız ona məxsus olan spesifik əl yazı formasını əldə etmişdir. Arami yazısının təkamülünün əsas istiqaməti-işarələrin ifadəsinin sadələşməsidir. E.ə 7-ci əsrin sonu −6-cı əsrdə moavitlər və idmeylər tərəfindən əxz olunmuş paleoyəhudi yazısı arami yazısının təsirinə məruz qalmağa başlamışdır. Yaxın Şərq xalqlarının bir çoxu arami dilini ikinci dil kimi, çox vaxt isə əsas dil kimi istifadə edirdilər. Fars dövründə isə sadə arami şrifti mövcud olmuşdur, lakin arami dilinin kursiv şəkilli əl yazısının təsiri daha böyük idi, belə ki, hətta bərk material üzərindəki yazılar da kursiv əl şrifti ilə yazılırdı.
Aranilər