Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arabaçılar
Arabaçılar — Azərbaycan Respublikasının Bərdə rayonunun Hüseynalılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Arabaçılar Qarabağda yaşamış bəyəhmədli tayfasının tirələrindən birinin adıdır. Etnotoponimdir. == Əhalisi == === Tanınmışları === Afiq Bərdəli — tibb elmləri doktoru, professor, "Afgen" Genetik Diaqnoz Mərkəzinin rəhbəri.
Baramaçılıq
Baramaçılıq — ipək almaq üçün ipəkqurdu becərilməsı. Baramaçılıqda ən geniş istifadə olunan tut ipəkqurdudur (lat. Bombyx mori). Tarixi mənbələrə görə tut ipəkqurdundan ipəyin alınması hələ e.ə. XVII əsrlərdə məlum idi.
Dam xarabaçılı
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Delfi arabaçısı
Delfi arabaçısı (yun. Ἡνίοχος, cilov sahibi) — Qədim Yunanıstandan bu dövrümüzə gəlib çıxmış heykəldir və qədim tunc heykəltəraşlıq nümunəsidir. == Haqqında == Heykəltəraşın adı məlum deyil, lakin stilistik səbəblərə görə heykəlin Afinada hazırlandığını iddia edirlər. Onun Afina mənşəli olduğu bilinən Pirey Apollon heykəli ilə müəyyən oxşarlıqları var. == Tarixi == Heykəl Yunanıstanın Delfi şəhərində Siciliyadakı tiran Gelalı Polizalın və onun arabasının eramızdan əvvəl 478 və ya 474-cü illərdə Delfidə Pithean Apollonun şərəfinə keçirilən Pif Oyunlarında qazandığı iki qələbədən birinin xatirəsinə ucaldılıb. .