Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arietta
Arietta (it. arietta), azaltmaq, yumşaltmaq, kiçiltmək mənalarını verir. Ariyanın kiçik formasıdır, melodiyaları mahnı xarakterinə uyğun gəlir. Ariettanın mətninin sözləri tipik və sadə olur. Daha çox komik, fransız operaları üçün xarakterikdir. 17,18-ci əsrlər italyan operasında bəzən kavatinaya bənzər qısa ariya. 18-ci əsr fransız operasında səhnədə baş verən əsas əhvalatlarla əlaqəsi olmayan italyan üslubunda virtuoz ariya (da capo) və yaxud (komik operada) xalq ruhunda mahnı. 19,20-ci əsrlər operasında sakit, mülayim templi kiçik ariya (N. A. Rimski-Korsakovun eyniadlı operasında Qar qızın ariyettası). Adətən fortepiano üçün melodik instrumental pyes.
Marietta Yannaku
Marietta Yannaku (yun. Μαριέττα Γιαννάκου; 6 iyun 1951 – 27 fevral 2022, Afina) — Yunan siyasətçi və dövlət xadimi, Yeni Demokratiya Partiyasının üzvü, Yunanıstan Parlamentinin deputatı (2019-cu ildən), Avropa Parlamentinin sabiq üzvü və Avropa Xalq Partiyası fraksiyasının üzvü (1984–1990, 1999–2000, 2009–2014), Təhsil və Dini İşlər naziri (2004–2007), Səhiyyə naziri (1990–1991). == Bioqrafiyası == 5 iyun 1951-ci ildə Lakoniyanın Erakion kəndində anadan olmuşdur. Panayotis Yannakisin qızıdır. Afina Universitetinin Tibb fakültəsini bitirmişdir. 1974-cü ilin oktyabrında Yeni Demokratiya gənclər təşkilatının qurucularından biri kimi icraiyyə komitəsinin üzvü olmuşdur. 1979-cu ildə Yeni Demokratiya Partiyasının, 1997-ci ildən Mərkəzi Komitənin, 1998-ci ildən İcraiyyə Komitəsinin üzvü olmuşdur. 29 iyul 2004-cü ildə partiyanın VI qurultayında partiyanın siyasi şurasının üzvü seçilmişdir. 2007-ci ilin iyul ayında VII Konqresdə Siyasi Şuranın üzvü olaraq yenidən seçilir. 1981–1984-cü illərdə partiya prezidentinin müşaviri olmuşdur.
Mariyeta-Oldervud (Vaşinqton)
Mariyeta-Oldervud (ing. Marietta-Alderwood) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 3906 nəfər olmuşdur. == Tarixi == 1860-ci illərin əvvəllərində buraya gələn Solomon Allen, 1864-cü ildə Lummi qəbiləsindən olan bir qadın ilə evləndi və burda yaşamağa başladı. 4 iyul 1879 Allen bu ərazini qeydə aldırdı. == Coğrafiyası == Ümumi ərazisi 19.2 km² olub, bunun 15.5 km² quru, 3.7 km² isə sudur. == İqlimi == Orta illik temperatur 10.0 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 16.9 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 2.8 °C). Ən yüksək temperatur 44.4 °C, ən aşağı temperatur isə -18.3 °C olmuşdur. Orta illik yağıntı miqdarı 2202 mm-dir.
Liliputlar diyarından Arietti
Liliputlar diyarından Arietti (借りぐらしのアリエッティ, Kari-gurashi no Arietti) — Studio Ghibli tərəfindən 2011 ildə buraxılan tam metrajli animasiya filmi. Film yazıçı Meri Nortonun "The Borrowers" kitabı əsasında çəkilib. Rejissor – Hiromasa Yonebayaşi, ssenari müəllifləri - Hayao Miyazaki və Keyko Niva, bəstəkar - Sesil Korbel. == Məzmun == Özlərini "Borrowers" ("götürənlər") adlandıran balaca adamlar adi insanların yanında yaşayır və yaşamaq üçün lazım olanları onlardan götürürlər. Onlar varlığı bir sirrdir və insanların gözünə dəymək onlar üçün böyük bir problem deməkdir. Belə adamlardan biri 12 yaşlı Sönun gözünə dəydikdən sonra hekayə başlayır.
Kari-gurashi no Arietti
Liliputlar diyarından Arietti (借りぐらしのアリエッティ, Kari-gurashi no Arietti) — Studio Ghibli tərəfindən 2011 ildə buraxılan tam metrajli animasiya filmi. Film yazıçı Meri Nortonun "The Borrowers" kitabı əsasında çəkilib. Rejissor – Hiromasa Yonebayaşi, ssenari müəllifləri - Hayao Miyazaki və Keyko Niva, bəstəkar - Sesil Korbel. == Məzmun == Özlərini "Borrowers" ("götürənlər") adlandıran balaca adamlar adi insanların yanında yaşayır və yaşamaq üçün lazım olanları onlardan götürürlər. Onlar varlığı bir sirrdir və insanların gözünə dəymək onlar üçün böyük bir problem deməkdir. Belə adamlardan biri 12 yaşlı Sönun gözünə dəydikdən sonra hekayə başlayır.
Loma Priyeta zəlzələsi (1989)
Loma Priyeta zəlzələsi - 1989-cu ildə ABŞ-nın San-fransisko və Koliforniyanın ərazisində yerli vaxtla saat 17:04-də baş vermiş Sunami xarakterli zəlzələ.15 saniyə davam etmiş və maqnitudası 6.9 olan təbii fəlakətin törətdiyi dağıntılar zamanı şəhərlərə $5.6 – 6 mlrd. ictisadi ziyan dəymişdir.Dağıntılar altında qalmış və xəsarət almış insanların sayı isə 63 ölü və 3,757 yaralı olmuşdur.