Naxçıvan arxiyepiskopluğu
Naxçıvan arxiyepiskopluğu (lat. Archidioecesis Naxivanus) — Roma-Katolik Kilsəsinin Səfəvilər dövründə Naxçıvan və Çuxur Səd bəylərbəyliyi ərazisində mövcud olmuş inzibati vahidi. Naxçıvanda katoliklərin fəaliyyəti Teymurilər dövrünəcən gedib çıxırdı. Arxiyepiskopluğun təbəələri əsasən erməni katoliklər idi. Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşirdi. 26 rahib fəaliyyət göstərir və 360 katolik ailə ehtiva edirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi.
Naxçıvan arxiyepiskopluğu 1318-ci ildə Sultaniyyə arxiyepiskopluğunun bir hissəsi kimi Dominikan ordeni tərəfindən fəaliyyətə başlamışdı və fəaliyyəti müasir Azərbaycan və Ermənistan ərazilərini əhatə edirdi. O dövrlərdə baş kafedral kilsəsi Naxçıvanda idi. Bu, 1380-ci illərdə Teymurləngin hücumuna məruz qalan ərazilərdə sağ qalan yeganə katolik arxiyepiskopluğu idi.