Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astraxan
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir. == Tarixi == 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür.
Astraxan vilayəti
Həştərxan vilayəti (rus. Астраханская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Cənub Federal Dairəsinə daxildir. Volqoqrad vilayəti ilə şimalda, Kalmıkiya Respublikası ilə qərbdə, Qazaxıstan ilə şərqdə həmsərhəddir. Regionun inzibati mərkəzi Həştərxan şəhəridir. Ərazisinə görə (49.024 km²) Həştərxan vilayəti 8 Volqaboyu regionlar içərisində 6-cı yeri tutur. Vilayət 27 dekabr 1943-cü ildə formalaşdırılıb.