Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrobiologiya
Astrobiologiya (yunan dilindən tərcümədə "astron" – ulduz) – kainatda həyatın təzahür formalarını öyrənən elm sahəsi. Kosmik tədqiqatların vüsət aldığın dövrdə astrobiologiya kosmik biologiya və kosmik tibbin nailiyyətlərindən geniş istifadə edir. Astrobiologiya Yer kürəsinin inkişafının ilkin mərhələlərində həyatın onda necə yarandığını tədqiq edir. Belə ehtimal olunur ki, ultrabənövşəyi şüalanma və elektrik boşalmaları Yerdə üzvi maddələrin yaranmasına səbəb olmuşdur. Fotosintezin yaranması, atmosferdə tədricən O2-nin toplanması həyatın inkişafı üçün şərait yaratmışdır. Astrobiologiya Günəş sistemi yaratmışdır. Astrobiologiya Günəş sistemi planetlərində həyatın olub-olmaması problemləri ilə məşğul olur. XX əsrin kosmik tədqiqatları göstərdi ki, Ayda, Merkuridə, Venerada həyat yoxdur. Marsın tədqiqi onda primitiv həyat elementlərinin mövcudluğu ehtimalını yaradır. Astrobiologiyanın əsas vəzifələrindən biri Günəş sistemindən kənarda həyatın olub-olmamasını öyrənməkdir.