Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atmofil elementlər
Atmofil elementlər — atmosferdə sərbəst və ya davamlı birləşmələr şəklində toplanan yüksək uçuculuq qabiliyyətli və atom çəkisi böyük olan kimyəvi elementlər. Atmofil elementlər içərisində xarici elektron örtüyündə 8 elektron olan atomlar (nəcib, inert qazlar) üstünlük təşkil edir. Bunlardan başqa, atmofil elementlər N (aşağı temperaturda), H, həmçinin Cl, Br və I aid edilir. Litosferin əsas hissəsini təşkil edən oksigen atmosferdə qeyri-sabit olub yalnız fotosintez və suyun fotolizi ilə tənzimlənir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Teofil Durand
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Teofil Düran
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Teofil Qotye
Teofil Qotye(fr. Pierre Jules Théophile Gautier; 30 avqust 1811[…] – 23 oktyabr 1872[…], Nöyi-sür-Sen) — Fransa yazıçısı, şairi, tənqidçisi. Teofil Qotye "Sənət sənət üçündür" nəzəriyyəsinin tərəfdarı idi. "Parnak" ədəbi məktəbinin rəhbəri olmuşdu.
Teofil-Aleksandr Steynlen
Teofil-Aleksandr Steynlen (fr. Théophile-Alexandre Steinlen; 10 noyabr 1859, Lozanna — 14 dekabr 1923, Paris) — realist üslubda və müasir üslubda işləyən fransız rəssamı, qrafik rəssamı və illüstratoru, "Paris proletariatının həyatının ilkin tarixçisi" . Teofil-Aleksandr Steynlen 10 noyabr 1859-cu ildə Lozanna şəhərində anadan olmuşdur. Steynlen 1878-ci ildə Parisə gəldikdən sonra, əvvəlcə sənətkarlıq işi etdi. 5 il sonra Monmartr şəhərinə köçdü. Burada Steynlen tez bir zamanda və Monmartr bədii mühiti ilə tanış oldu, xüsusən də «Qara pişik» ing. Black Cat kabare - ilk növbədə rəssamlar Anri de Tuluz-Lotrek və Adolf Villette, habelə , şair Aristid Brüan ilə dost oldu. İlk dəfə "Black Cat" -də Steynlen 1883-cü ildə gəldi . «Qara pişik» kabaresinin çoxsaylı plakatlar Steynlenin müəllifliyinə aiddir, həmçinin qəzet, jurnal və kitabları təsvir etmişdir, komik jurnallarda əməkdaşlıq etmiş və 1911-ci ildə o və yoldaşları «Yumorist» qəzetini dərc etməyə başlamışdılar.
Villqodt Teofil Odner
Villqodt Teofil Odner (10 avqust 1845 – 2 sentyabr 1905, Sankt-Peterburq) — rus əsilli isveç mexaniki, bütün dünyada məşhur olan portativ mexaniki Odner arifmometrinin ixtiraçısı. Arifmometrin ixtirasına görə o, dəfələrlə qızıl və gümüş medallarla təltif edilmişdir. Mühəndisliklə bərabər Odner ictimai və idarəçilik fəaliyyəti ilə də məşğul idi. O, ″Skandinaviya″ xeyriyyə cəmiyyətinin, həmçinin yaşlı qadınlar üçün sığınacağın idarə heyətinin üzvü idi. Təəssüflər olsun ki, Odner ürək xəstəliyi səbəbindən bütün planlarını həyata keçirə bilməmişdir.