Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomobilist Bakı FK
Avtomobilist FK — Sovet futbol klubu. 1976-cı ildə Bakıda təşkil olunmuş futbol klubu. == Naliyyətləri == SSRİ ikinci liqası — 1977-ci il SSRİ ikinci liqasında 7-ci yeri tutmuşdur.
Avtomobilist Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. == İdarə Heyəti == İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov == Tarixi == Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq biraz daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.