Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borjomi-Xaraquli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.