Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtoqatar
Avtomobil qatarı — bir və ya bir neçə qoşqulu avtomobil. Avtomobil qatarı yük və sərnişin (qoşqulu avtobus) üçün olur. Adi avtomobillərə nisbətən avtomobil qatarında daşınan yükün miqdarı çox, istismar xərcləri, yükləmə-boşaltma zamanı dayanmalar, görülən iş vahidinə sərf edilən istismar materiallarının miqdarı az olur. Yük uzaq məsafəyə daşındıqda avtomobil qatarının iqtisadi səmərəsi daha da yüksəlir. Avtomobil qatarı vahid tormoz sistemi və elektrik avadanlığı şəbəkəsi ilə təchiz edilir. Çətin yol şəraitində aktiv oxlu avtomobil qatarından istifadə olunur. Belə qatarda bürücü moment mühərrikdən yalnız yedək maşının aparan oxuna deyil, həm də bir və ya bir neçə qoşqu oxuna ötürülür.
Aeroqatar
Aeroqatar (q.yun. ἀέριος – «hava» + ərəb. قطار‎ – «qatar») — güclü turbovintli mühərriki olan təkərsiz qatar. Sürəti 350–400 kilometr/saatdır. Aeroqatar monorels yolda hava yastığı üzərində hərəkət edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aeroqatar ilə əlaqəli mediafayllar var.
Avtoritar
Avtoritarizm, avtoritarlıq — latın dilində təşəbbüsçü, müəllif, bani, yaradıcı və s. mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir. Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır (Fransa inqilabına və sosialist hərakatına cavab olaraq). Avtoritar rejimdə tək bir şəxsin (tiranın, fürerin, despotun) heç bir hüquqla məhdudlaşmayan hakimiyyəti hökm sürür. Avtoritarizm şəraitində qanun-qayda yox səviyyəsində olur, vətəndaşların, ictimai təşkilatların, bütövlükdə xalqın hüquq və azadlıqları məhdudlaşdırılır. == Həmçinin bax == İnternet senzurası == Xarici keçidlər == Not The End Of History? Democracy vs Authoritarianism Debated Growth of Authoritarianism in America Are we entering the age of the autocrat?
Avtomatlar nəzəriyyəsi
Avtomatlar nəzəriyyəsi — abstrakt maşınların və avtomatların, habelə onlardan istifadə etməklə həll edilə bilən hesablama problemlərinin öyrənilməsi. Bu, riyazi məntiqlə sıx əlaqəsi olan nəzəri kompüter elmində bir nəzəriyyədir. Avtomat sözü yunan sözü olan αὐτόματος sözündən yaranıb, "öz-özünə fəaliyyət göstərən, öz iradəsi ilə, öz-özünə hərəkət edən" deməkdir. Avtomat avtomatik olaraq əvvəlcədən müəyyən edilmiş əməliyyatlar ardıcıllığını izləyən abstrakt özüyeriyən hesablama cihazıdır. Sonlu sayda vəziyyətə malik avtomata Sonlu Avtomat (FA) və ya Sonlu Vəziyyət Maşını (FSM) deyilir. Sağdakı qrafik tanınmış avtomat növü olan sonlu vəziyyət maşınını təsvir edir. Bu avtomat vəziyyətdən (şəkildə dairələrlə təmsil olunur) və keçidlərdən (oxlarla təmsil olunur) ibarətdir. Avtomat giriş simvolunu gördükcə, əvvəlki vəziyyət və cari giriş simvolunu öz arqumentləri kimi qəbul edən keçid funksiyasına uyğun olaraq başqa vəziyyətə keçid (və ya sıçrayış) edir. Avtomatlar nəzəriyyəsi formal dil nəzəriyyəsi ilə sıx bağlıdır. Bu kontekstdə avtomatlar sonsuz ola bilən formal dillərin sonlu təmsilləri kimi istifadə olunur.
Avtoritar kapitalizm
Avtoritar kapitalizm, yaxud qeyri-liberal kapitalizm — kapitalist bazar iqtisadiyyatının avtoritar hökumətlə birgə mövcud olduğu iqtisadi sistem. Dövlətin ticari fəaliyyəti öz öhdəliyinə götürdüyü dövlət kapitalizmi ilə üst-üstə düşən avtoritar kapitalizmə özəl mülkiyyət və bazar ilə yanaşı fikir ayrılıqlarının və söz azadlığının məhdudlaşdırılması, habelə seçkilərin olmaması, yaxud hegemon partiya sistemi ilə keçirilən seçkilər aiddir.