Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır. Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki, bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır. Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Şəxsi alıcı (film, 2016)
Şəxsi alıcı (ing. - Personal shopper) - 2016-cı il istehsalı olan psixoloji gerilim-dram filmi. Parisdə bir məşhur üçün alış-veriş edən və ölən əkiz qardaşı ilə əlaqə qurmaq istəyən amerikan bir qadının başına glənlərdən bəhs edən film.