Bülövqaya
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri.
== Əhəmiyyəti ==
Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.