Təhməzqulu ağa Dünyamalıoğlu
Təhməzqulu ağa Dünyamalıoğlu — Borçalı mahalının tanınmış ağsaqqalı, Faxralı kəndinin kəndxudası.
Təhməzqulu ağa Dünyamalıoğlu dəqiq necənci ildə anadan olduğu dəqiq bilinmir. Güman edilir ki, XIX əsrin 40-cı illərindı anadan olmuşdur. Borçalının məşhur Həsənli nəslinə mənsubdur. 1872-ci ildə Borçalı mahalının Faxralı kəndinin kəndxudası təyin edilmişdir. Bu vəzifədə uzun müddət çalışmışdır. Azərbaycan və Gürcüstan sovetləşdikdən sonra bu ailənin bir çox üzvü təzyiqlərə məruz qalmışdır. Bunun nəticəsində Təhməzqulu ağa Dünyamalıoğlu 1927-ci ildə 80 yaşı olmasına baxmayaraq həbs edilir və Tiflisə aparılaraq güllələnir.
1927-ci ildə Təhməzqulu ağanın iki oğlu Nadir və İman həbs edilərək, Tiflisdəki Narınqala həbsxanasına salınırlar. İman Təhməzqulu ağa oğlu çətinliklə də olsa, həbsdən qaçaraq dostlarının köməkliyi ilə Türkiyəyə keçə bilir.