Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bünəkağı (Vərziqan)
Bünəkağı (fars. بنه كاغي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 162 nəfər yaşayır (27 ailə).
Məhəmməd Cavad Bəlaği
Məhəmməd Cavad Bəlaği (Tam adı: Əllamə Məhəmməd Cavad Bəlaği Nəcəfi) (ərəb. محمد جواد البلاغي النجفي‎; 1865, İraq – 1933, Nəcəf) — ilahiyyatçı, təfsirçi, hüquqşünas, üsulist, şair və yazıçı (1982-ci ildə anadan olub, 1992-ci ildə Nəcəfdə vəfat edib), İraqlı şiə din xadimidir. == Doğumu == 1865-ci ildə Nəcəfin Baraq məhəlləsində anadan olmuşdur. Atası Şeyx Həsən Bəlaği alim idi. Bəlaği nəsli öz elmi və biliyi ilə məşhur olan ailələrdəndir və onun əcdadları hamısı elm və ədəbiyyat adamları olmuşlar. O cümlədən məşhur "Tənqihul-məqal" kitabının müəllifi də bu nəsildəndir. == Təhsili == Nəcəf seminariyasında müqəddimat elmləri üzrə təhsil almışdır. 24 yaşında Kazimeyn şəhərinə getmiş və 6 ilə qədər orada qalmışdır. Bu müddət ərzində müxtəlif dinlərin, məzhəblərin və məktəblərin ardıcılları ilə ünsiyyətdə olduğu üçün onların düşüncələri ilə yaxından tanış olmuşdur. Bir neçə il sonra Nəcəf qəzasına qayıtdı.