Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəyənmə düyməsi
Bəyənmə düyməsi — sosial şəbəkə xidmətləri, internet forumları, xəbər saytları və bloqlar kimi ünsiyyət proqramlarında istifadəçinin müəyyən məzmunu bəyəndiyini, zövq aldığını və ya dəstəklədiyini ifadə edə biləcəyi xüsusiyyət. Bəyənmə düyməsi olan veb-saytlar adətən hər bir məzmunu bəyənən istifadəçilərin sayını və onların tam və ya qismən siyahısını göstərir. Bəzi veb-saytlarda bəyənməmək düyməsi də var, ona görə də istifadəçi lehinə, əleyhinə və ya neytral səs verə bilər. Digər veb-saytlara daha mürəkkəb veb məzmunlu səsvermə sistemləri daxildir. Məsələn, məzmuna daha geniş formada reaksiya göstərmək üçün beş ulduz və ya reaksiya düymələri. == Tətbiqetmələr == === Vimeo === Video paylaşma saytı Vimeo 2005-ci ilin noyabrında bəyənmə düyməsini əlavə etdi. Tərtibatçı Andryu Payl bunu Digg.com saytındakı "digg" düyməsinin iterasiyası kimi təsvir edərək, "Digg-in konseptini bəyəndik, lakin 'Diggs' deməyi istəmədik, buna görə də biz bunu 'Bəyənmələr' adlandırdıq" dedi. === FriendFeed === FriendFeed-də bəyənmə düyməsi 30 oktyabr 2007-ci ildə elan edildi və icmasında populyarlaşdı. FriendFeed 10 avqust 2009-cu ildə Facebook tərəfindən satın alınmazdan əvvəl funksiya Facebook-a inteqrasiya edildi. === Facebook === "Facebook"un bəyənmə düyməsi "bəyənən əl" olaraq dizayn edilib.
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Bənzətmə
Bənzətmə — klassik ədəbiyyatda işlənən nəzirənin aşıq poeziyasındakı ekvivalenti. Bir qayda olaraq, sonrakı nəslə, yaxud ədəbi məktəbə mənsub aşıq özündən əvvəl yaşayıb-yaratmış ustad sənətkarın diqqətini cəlb edən, təsirləndiyi şeirə yaxın şeir, yəni onun oxşarını, bənzərini yaratmağa çalışır. Bənzətmə, yaxud bənzəmə adlandırılan belə yeni transformasiya zamanı qafiyələnmə prinsipi olduğu kimi qorunub saxlanır. Bənzətmə ruh və məzmun etibarı ilə də klassikin əsərinə yaxın olmalıdır. Məsələn, vaxtı ilə Aşıq Ələsgər aşağıdakı misraların yer aldığı "Olacaqdı" qoşmasını yazmışdı: Özünü Aşıq Ələsgər ədəbi məktəbinin davamçısı sayan Aşıq Hüseyn Bozalqanlı qoşmaya eyni adlı bənzətmənin müəllifidir: Bənzətmə yalnız bir ədəbi məktəbin, yaxud janrın hüdudları ilə məhdudlaşmır. Aşıqların klassik poeziya nümunələrindən, şairlərin isə folklordan və aşıq yaradıcılığından təsirlənərək bənzətmə xarakterli əsərlər yaratmaları ilə bağlı çoxsaylı misallar mövcuddur. Məlum olduğu kimi, realist xalq şeirinin ən görkəmli nümayəndəsi Molla Pənah Vaqif həyatının son günlərində dövrünün ictimai ədalətsizliklərini qabarıq şəkildə əks etdirən, qoyan fəlsəfi mündəricəli "Görmədim" müxəmməsi qələmə almışdı. Müxəmməs bu misralarla başlanır: Aşıq Ələsgər aradan təxminən yüz il keçəndən sonra həmin müxəmməsə özünün eyni narazılıq və etiraz ruhu ilə dolu bənzətməsini qələmə almışdı: Bənzətmə yalnız oxşar mövzular, yaxud motivlər əsasında yaranmır. XX əsr Azərbaycan poeziyasında inqilabi dəyişikliklərə imza atmış böyük Mirzə Ələkbər Sabir Füzulinin gözəlin və gözəlliyin vəsfinə həsr olunmuş incə qəzəllərinə öz dövrünün tiplərini göz önündə canlandıran bənzətmələr yazmışdır. Bənzətmədə eyni zamanda bədii mətndə söylənən fikrin ifadəliliyini, emosional təsir gücünü artırmaq üçün haqqında söhbət açılan predmet (surət, hiss, duyğu) başqa məfhumlara bənzədilir.
Çarpaz məzənnə
Sabit məzənnə sistemi
Sabit məzənnə — hər hansı bir valyuta məzənnəsinin digər bir valyutalar səbətinə və ya hər hansı bir valyuta məzənnəsinin qızıl kimi dəyər ölçülərinə qarşı təyin olunduğu valyuta məzənnəsinin bir növüdür. Hər hansı bir valyutanın dəyərini sabitlərdirmək üçün həmin valyuta bir başa başqa bir beynəlxalq əhəmiyyətli və ya daha stabil məzənnənin təyin olunmuş nisbətinə istinad edilir. Beləliklə, hər hansı valyuta ilə istinad edilmiş valyuta arasındakı valyuta məzənnəsi, çevik mübadilə rejimindən fərqli olaraq, bazar şərtlərinə əsasən dəyişmir. Bu proses, hər iki valyutanın xas olduğu iki sektor arasında ticarət və investisiyaların daha asan və daha çox proqnozlaşdırılmasını təmin edir və əsasən, xarici valyutadan geniş istifadə edilən və xarici ticarəti ÜDM-nin böyük bir hissəsini təşkil edən kiçik iqtisadiyyatlar üçün faydalıdır. Həs hansı bir sabit valyuta məzənnəsi sistemi valyutanın davranışına nəzarət etmək üçün də istifadə edilə bilər; məsələn: inflyasiyanın dərəcələrini məhdudlaşdırmaq üçün. Bunu etməklə, cari valyutanın istinad dəyərinə nəzarət edilir. Beləliklə, istinad edilmiş valyutanın dəyərinin yüksəldiyi və ya düşdüyü zaman, ona istinad edən hər hansı bir valyutanın dəyəri də digər valyutalara və qiymətli pul vahidləri ilə ticarət edilə biləcəyi əmtəələrin dəyərinə nisbətdə artır və ya düşür. Əlavə olaraq, mükəmməl sərmaye çevikliyi fərziyyəsinə söykənən Mundell-Fleminq modelinə əsasən sabit bir məzənnə sistemi hökumətə makroiqtisadi sabitliyə nail olmaq üçün daxili pul siyasətindən istifadə etməyə mane olur. Sabit məzənnə sistemində, bir ölkənin mərkəzi bankı açıq bazar mexanizmini istifadə edir və istinad nisbətinin sabit dəyərini saxlamaq məqsədilə hər zaman həmin valyutanı müəyyən bir qiymətlə almaq və ya satmağa hazır olur. Milli valyutanın devalvasiyası zamanı mərkəzi bank ehtiyatda olan xarici pulu satır və milli valyutanı geri alır.
Bəzən hə, bəzən yox (film, 1993)
Bəzən hə, bəzən yox (hind. कभी हाँ कभी ना, mənası: Bəzən hə, bəzən yox) 1993-cü ildə romantik-komediya janrında çəkilmiş Bollivud filmidir.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
Bevene
Bevene (fr. Bévenais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38042. Kommunanın 1999-cu il üçün əhalisi 641 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Bezne
Bezne (fr. Bézenet, {{dil-oc|Besenet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 962 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 587 nəfər (15-64 yaş arasında) 382 nəfər iqtisadi cəhətdən fəal, 205 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,1%, 1999-cu ildə bu göstərici 59.0% idi). İşləyən 382 nəfərdən 337 nəfərdən (194 kişi və 143 qadın), 45 nəfər işsizdir (17 kişi və 28 qadın). 205 hərəkətsiz 24 nəfər arasında şagird və ya tələbə, 76 nəfər təqaüdçü, 105 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir. Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.