Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andrey Babiş
Andrey Babiş (çex. Andrej Babiš; 2 sentyabr 1954[…], Bratislava) — 2017-ci ilin dekabrından Çex Respublikası Baş naziri, 2012-ci ildən isə ANO 2011-in qurucu lideri olan çex siyasətçi. Slovakiyada doğulub böyüyən Babiş Məxməri inqilabdan sonra Çexiyaya köçdü. Uzun iş fəaliyyəti ərzində "Bloomberg"-ə görə təxminən 4.04 milyard dollar sərvəti ilə Çexiyanın ən zəngin ikinci adamı oldu. Bu sərvətin böyük hissəsi Çexiyanın ən böyük iki qəzetinə, "Mladá fronta DNES" və "Lidové noviny"-ə sahib olan "Agrofert Group"-un rəhbər və sahibi olduğu dövrdə gəldi.Babiş 2012-ci ildə ANO 2011-i quraraq siyasətə girdi. Yeni partiya olmasına baxmayaraq, ANO 2011 2013-cü il seçkilərində güclü çıxış edərək lider ÇSDP-dan cəmi 3 yer geridə qaldı. Baş nazir Bohuslav Sobotka tərəfindən Baş nazirin müavini və Maliyyə Naziri təyin edildi. 2017-ci ilin may ayında Sobotka Babişin "Agrofert"-in baş direktoru olarkən vergi ödəməkdən yayındığı iddialarından qaynaqlanan böhrandan sonra Babişi istefaya göndərdi. 2017-ci il seçkilərindən sonra, ANO 2011 potensial koalisiya tərəfdaşlarının zəif iştirakı səbəbindən mütləq çoxluq yaratmasa da, asanlıqla çoxluq partiya oldu. Babiş 6 dekabrda Baş nazir təyin edildi və bir həftə sonra ANO 2011 rəsmilərindən və müstəqillərdən ibarət azlıq hökuməti qurdu.
Bayış (Avurğazı)
Bayış (başq. Байыш, rus. Баишево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 11 km, kənd sovetliyindən (Novofyodrofka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozero stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (69%) üstünlük təşkil edir.