Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqəddəs Pyotr baldaxini
Müqəddəs Pyotr baldaxini (it. Baldacchino di San Pietro) - Vatikandakı Müqəddəs Pyotr bazilikasının yüksək altarı üzərində yerləşən, baldaxin və ya kivori adlandırılan barokko stilində hazırlanmış böyük bürünc talvardır. Baldaxin, kafedralın keçid mərkəzi və qübbəsinin altında yerləşir. İtalyan sənətkarı Covanni Lorenso Bernini tərəfindən hazırlanmış baldaxin, kafedralın altında Müqəddəs Pyotrun məzarının yerini göstərmək məqsədi ilə sifariş edilmişdir. Talvarın altında bazilikanın yüksək altarı yerləşir. Papa VIII Urbanın sifarişi ilə hazırlanmış baldaxin üzərində işə 1623-cü ildə başlanılmış və 1634-cü ildə tamamlanmışdır. Baldaxin bazilikada vizual fokus funksiyasını yerinə yetirir; özlüyündə çox böyük bir struktur olan baldaxin bazilikanın nəhəng ölçüləri ilə insan ölçüsü arasında keçid təşkil edir. Baldaxin, ənənəvi olaraq mühüm kilsələrdə olan kivori və ya memarlıq pavilyonu funksiyasını yerinə yetirməklə barokko stilində hazırlanmışdır. Romadakı əksər böyük bazilikalar kimi, Köhnə Müqəddəs Pyotr bazilikası da kivoriyə malik idi və Berninin sələfi kimi Yeni Müqəddəs Pyotr bazilikasında çalşmış Karlo Maderno Berninidən on il əvvəl qıvrılan Süleyman sütunlarına malik baldaxin dizaynı hazırlamışdı.. Baldaxin dəfn katafalkının dizaynına istinad etməklə Müqəddəs Pyotra aidliyi göstərir, Müqəddəs günlərdə papaların başı üzərində ucaldılan və baldaxin adlandırılan ənənəvi parça kivori isə Roma papalarının Müqəddəs Pyotrun xələfi olmasına işarə edir.
Balmain
Pierre Balmain — 1945-ci ildə Parisdə moda dizayneri Pyer Balmen tərəfindən təsis edilən Fransız moda evi. 1987-ci ildən etibarən eyni etiketlə (2001-ci ildən - Balmain kimi) Swatch Group İsveçrə qol saatı hazırlayır. == Tarix == 1945-ci ildə Fransız kutyurei Pierre Balmen Parisdə ilk butikini açdı. Yüksək moda evinin müştəriləri arasında Vivien Leigh, Jean-Paul Belmondo, Catherine Hepburn, Marlene Dietrich, Brigitte Bardot, Sophia Loren, Jennifer Jones idi. 1970-ci illərdən etibarən şirkət parfüm və aksesuar istehsal etməyə başladı. 1993-2002-ci illərdə evin dizayneri Amerika Oscar de la Renta idi. 2005-ci ildə Christophe Decarnin uğur qazanmışdı. Moda başçısı olaraq marka üçün ilk kolleksiyasında işləyən Christophe Decarnin, daha asan tələffüz üçün Balmain markasını dəyişməyə qərar verdi. 1969-cu ildə müğənni/bəstəkar Peter Sarstedt "Where Do You Go To (My Lovely)?" mahnısı ilə ilk 40 ən çox dinlənilən mahnı siyahısına daxil oldu.Birinci sətirdə Balmeyn haqqında oxuyur: "Sən Marlen Ditrix kimi danışırsan və Zizi Janmaire kimi rəqs edirsən. Paltarların hamısı Balmain tərəfindən tikilib və saçlarında brilyant və mirvarilər var .” === İndiki Tarixi === 2013-cü ildə Balmain saç baxım və qulluq məhsulları təqdim etdi.
Adi balzamin
Adi xınagülü (lat. Impatiens noli-tangere) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinin xınagülü cinsinə aid bitki növü.
Pavel Blyaxin
Pavel Andreyeviç Blyaxin (25 dekabr 1886, Saratov, Rusiya - 19 iyun 1961, Moskva, Rusiya) — Ssenari müəllifi. 1905-1907-ci illər inqilabının iştirakçısı olmuş və Bakıda inqilabi fəaliyyət göstərmişdir. 20-ci illərdə Bakı xalq maarif şöbəsinin müdiri işləmiş, ədəbi fəaliyyətə 1919-cu ildən başlamışdır. Əsasən inqilabi əsərlərin müəllifidir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir. Orden və medallarla təltif olunmuşdur.
II Baldvin (Qüds kralı)
II Baldvin (fr. Baudouin II) və ya Burklu Baldvin (fr. Baudouin de Bourcq) (1060 və ya 1075 – 21 avqust 1131, Qüds, Qüds krallığı) — Edessa qrafı və Qüds kralı. Yaxın qohumları olan Bulonlu Qodfrey və qardaşı Bulonlu Baldvinlə birlikdə Birinci Səlib yürüşünə qatıldı. Səlibçilərin Qüdsdəki ilk kralı olan Bulonlu Qodfreyin ölümündən sonra 1100-cü ildə Qds kralı olan Bulonlu Baldvinin yerinə Edessa qrafı elan olundu. Burklu Baldvinin dönəmində qraflıq artıq bölgənin siyasi həyatında aktiv rol oynamağa başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemondla birlikdə əsir düşdü və bu dövrdə qraflıq knyazın qohumu Tankred tərəfindən idarə olundu. 4 illik əsarətin ardından azadlığa buraxılan Burklu Baldvin qraflığı əldə etmək üçün mübarizə aparmalı oldu. Bu mübarizədə bəzi yerli müsəlman əmirləriylə ittifaq quran Burklu Baldvin, bunun qarşılığında Fərat çayının şərq sahilindəki mühüm torpaqları Mosul əmirlərinə qaytarmalı oldu. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi.
I Baldvin (Qüds kralı)
I Baldvin (fr. Baudouin Ier) və ya Bulonlu Baldvin (fr. Baudouin de Boulogne) (1 yanvar 1058 – 2 aprel 1118[…]) — ilk Edessa qrafı və Qüds kralı. Bulon qrafı II Evstaxın oğludur. Böyük qardaşı olan Bulonlu Qodfreylə birlikdə Birinci Səlib yürüşünə qatıldı və qısa zamanda ən uğurlu komandirlərindən birinə çevrildi. 1098-ci ildə Bulonlu Baldvin Qüdsü və Antakyanı hədəf seçən əsas səlibçi qüvvələrindən ayrılaraq öncə Kilikiyaya, ardından Edessaya gəldi. Bölgənin Bizans imperatoruna tabe olan erməni əsilli hakimi Torosla yaxın münasibət quran Baldvin onun qızıyla evləndi və özünü onun yeganə varisi elan etdi. Edessalı Toros əslən erməni olsa da, Yunan Provaslov dininə mənsub idi və bu səbəblə, yerli ermənilər tərəfindən sevilmirdi. Bu da onun 1098-ci ilin martında ermənilər tərəfindən sui-qəsdlə öldürülməsinə səbəb oldu. Bu sui-qəsddə nə qədər rolu olduğu bilinməsə də, Bulonlu Baldvin hadisənin ardından dərhal hakimiyyəti ələ aldı və özünü müstəqil Edessa qrafı elan etdi.
Aldaşın
Aldaşın (fars. الداشين‎) — İranın Ərdəbil ostanının Sərein şəhristanı, Ab-e Garm kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 695 nəfər yaşayır (146 ailə).
Bağdadın mühasirəsi
Bağdadın işğalı (1534)
Baldağı (Hurand)
Baldağı (fars. بال داغي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Baldırın ikibaşlı əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Bağdadın işğalı (1534)
Bağdadın işğalı (1534) — 1532-ci ildən yenidən alovlanan və 1555-ci ildə Amasya sülh müqaviləsi ilə bitən Osmanlı-Səfəvi müharibəsi zamanı Bağdadın Osmanlı ordusu tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. == Arxa plan == 1524-cü ildə Şah İsmayılın ölümündən sonra onun yerinə 10 yaşlı oğlu Təhmasib şah olmuşdu. Şahın azyaşlı olması nəticəsində taxt-tac uğrunda Qızılbaş əmirləri arasında aramsız mübarizə gedirdi. Bu daxili çəkişmələr Səfəvi dövlətini və ordusunu zəiflətmiş və nəticədə qonşu Osmanlı imperiyasının sultanı Süleyman bundan yararlanmağa çalışmışdı. Bu iki dövlət arasında hüquqi baxımdan 1514-cü ildən — Sultan Səlimlə Şah İsmayılın hakimiyyəti illərindən müharibə mövcud olsa da, 1516-cı ildən faktiki 1534-cü ilə qədər keçən 18 il ərzində hərbi toqquşma yaşanmamışdı. == Şəhərin itirilməsi == Bağdad şəhəri Osmanlı ordusu tərəfindən müqavimətsiz ələ keçirilmişdir. Osmanlı ordusu şəhərə yaxınlaşarkən Səfəvi canişini şəhəri boşaldaraq geri çəkilmişdi. Bağdadın ələ keçirilməsi böyük uğut hesab edilirdi. Beləki şəhərin ələ keçirilməsi ilə Dəclə və Fərat çayları və onlar vasitəsiylə həyatakeçirilən daxili və xarici ticarət Osmanlı suverenliyi altına keçmişdi. Bağdadın Səfəvilər prizmasından itirilməsini 1546-cı ildə Bəsrənin itirilməsi izlədi.
Bağdadın mühasirəsi (1258)
Bağdadın mühasirəsi — Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinin monqollar tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. 1258-ci ildə Hülakü xanın başçılığı altında monqol qoşunları və onların müttəfiqləri Abbasi xilafətinin paytaxtı Bağdadı (hazırda İraqın paytaxtı) mühasirəyə almışdılar. Bağdad ələ keçirildikdən sonra talan edilmiş və yandırılmış, 100 min ilə 1 milyon arası mülki şəxs öldürülmüşdür. Bağdadın kitabxanaları, o cümlədən Hikmətlər evi monqollar tərəfindən dağıdılmış, kitablar Dəclənin axınını dayandırmaq üçün çaya atılmışdır. Bağdad şəhəri məhv edilmiş və bir neçə əsr xarabalıq olaraq qalmışdır, bu da İslamın qızıl dövrünün sonunu gətirmişdir. == Zəmin == Bağdad əsası indiki İraq olan Abbasilər xilafətinin paytaxtı idi. Abbasilər 750-ci ildə Əməviləri əvəz etmişdir və onlar 653-cü ildə vəfat edən Abbas ibn Əbdülmüttəlibin nəslindən idilər. Bağdad şəhəri öz zirvəsində olanda onun bir milyona yaxın əhalisi və 60 min nəfərlik qarnizonu var idi. XIII əsrin ortalarında xilafətin qüdrəti xeyli azalmış və əhəmiyyətsiz bir dövlətə çevrilmmişdir. Abbasi xəlifələri məmlük və səlcuqi sərkərdələrinin əlaltılarına çevrilmişdilər, lakin yenə də böyük simvolik əhəmiyyətə malik idilər.
Bağdadın mühasirəsi (1733)
Bağdadın mühasirəsi (1733) — Səfəvi ordusunun Nadir xanın komandanlığı altında Bağdadı qısa zamanlıq olsa da, güclü formada mühasirədə saxlaması nəzərdə tutulur. Bağdadın taleyi mühasirənin təşkili prosesində yox, Bağdad yaxınlığında Samarra adlanan yerdə baş vermiş döyüşdə həll edildi. Bu döyüşdə Topal Osman Paşanın komandanlığı altında Bağdadda mühasirədə olan qarnizona yardıma gələn böyük Osmanlı ordusu ilə Səfəvi ordusu qarşılaşdı və Səfəvi ordusunun komandanı Nadir xan həyatında ilk meydan döyüşü məğlubiyyətini aldı. Böyük canlı və hərbi sursat itirən Səfəvi ordusu artıq ümidsiz vəziyyətdə olan Bağdadın mühasirəsini yarım saxlayaraq geri çəkildilər. == Mühasirənin başlanması == Bağdad əyalətinin hakimi Əhməd paşa ehtiyatla Dəclə çayının sol sahilini ələ keçirdi. O, bu mövqenin Səfəvi ordusunun qarısını almaqda nə qədər əhəmiyyətli olduğunu bilirdi. Nadir çayın şərq sahilində düşərgə saldı və adamlarının çox hissəsini düşərgənin içinə, ətrafına toplayaraq Osmanlılara qarşı hiylə işlətdi. Nadir çayı təhlükəsiz keçmə üçün planlar hazırlamaqla məşğul idi. Nadir Osmanlı dəstələrinin Dəclə çayınnı o biri sahilində yerləşməsi xəbərini aldıqdan sonra mühəndislərinə dərhal çayı keçmə vasitələri düzəltməyi əmr etdi. ərindən körpü salınmasına başlasınlar.
Bağdadın tutulması (1624)
Bağdadın tutulması — 14 yanvar 1624-cü ildə I Şah Abbasın Sultan Murada qarşı davam edən müharibənin bir hissəsi. == Həmçinin bax == İstanbul sülh müqaviləsi (1612) Sərab sülh müqaviləsi == İstinadlar == Blow, David. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I. B. Tauris. 2009. səh. 133. ISBN 978-1845119898. (...) managed to break into the city on the evening of 12 January 1624, and two days later Baghdad was in Safavid hands. Ghafouri Ali History of the Iran's battles, from the Medes up to today 2009 ISBN 9789644237386.