Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Randstad
Randstad, Hollandiyada bir çox böyük şəhər və kiçik şəhərlərdən ibarət birləşmiş bir şəhər regionudur. Hollandiyanın Amsterdam, Rotterdam, Haaqa və Utrext kimi dörd ən böyük şəhərini, həmçinin ətrafındakı onlarla kiçik şəhərləri əhatə edir. Bu şəhərlərin əhalisi 8.1 milyona çatır (2016), bu Hollandiya əhalisinin təxminən yarısına yaxındır. Randstad regionu eyni zamanda Avropanın ən böyük şəhər regionlarından biridir. Regionun əsas şəhərləri Almere, Amsterdam, Delft, Dordrext, Gouda, Haarlem, Hilversum, Leiden, Rotterdam, Haaqa, Utrext və Zoetermeerdir. Regiona yaxın və ya regionda yerləşən digər kiçik şəhərlər: Alphen aan den Rijn, Amstelveen, Capelle aan den IJssel, Hoofddorp, Katwijk, Leidschendam, Maassluis, Nieuwegein, Houten, Purmerend, Rijswijk, Schiedam, Spijkenisse, Vlaanstad, Voorst. Randstad bölgəsindəki şəhərlər təxminən yarım ay forması meydana gətirirlər. Bu dairəvi forma eyni zamanda regiona da adını verdirmişdir. Rand Holland dilində Rand dairə, çəmbər, halqa deməkdir, stad sözü isə şəhər, qəsəbə deməkdir. Son illərdə Randstad regionundakı şəhərlər arasında bir çox mövzularda mübahisələr olmuşdur.