Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barbarizm
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Barbarizm Muzeyi
Barbarizm Muzeyi — Şimali Kiprin Nikosiya rayonunda yerləşən bir muzeydir. 4 Dekabr 1963-cü ildə başlayan hadisələrdən sonra Kipr Türk Qüvvələri Alayının rəisi olan mayor Nihat İlhanın evi EOKA-ya məxsus Yunan dəstələri tərəfindən basqın edildi hadisədən sonra muzeyə çevrildi və 1966-cı il yanvarın 1-də ziyarətə açıldı. 25-26 Dekabr 1963-cü ildə Nikosiyada baş verən hadisələrdə, mayor Nihat İlhanın iki ay əvvəl aldığı ev EOKA dəstələri tərəfindən basqın edildi və ailəsi burada vurularaq öldürüldü.
Barbariya
Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία) — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı Azaniyaya Muxadan zeytun yağı və büxur, Avropadan isə dəmir, şüşə, buğda və şərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən Rapta idi.
Carex barbarae
Carex barbarae (lat. Carex barbarae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Senecio barbarae
Senecio barbarae (lat. Senecio barbarae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Passiflora sanctae-barbarae
Passiflora sanctae-barbarae (lat. Passiflora sanctae-barbarae) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.