Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barberini favnı
Barberini favnı (it. Fauno Barberini) və ya Kefli satir — Münhenin Qliptotek muzeyində saxlanan həyat ölçülü mərmər heykəldir. Favn yunan mifologiyasının qəhrəmanı olan satirin Qədim Roma mifologiyasındakı ekvivalentidir. Yunan mifologiyasında satirlər bəzi heyvan xüsusiyyətlərinə malik meşə ruhlarıdır. Onlar əksər hallarda keçi saqqalı, quyruğu və buynuzuna malik oğlanlar kimi təsvir edilirlər. Satirlər tez-tez Dionislə görüşür və ona kömək edirlər. == Tarixi == === Aşkarlanması və restavrasiyası === Heykəl ya Perqam məktəbinin davamçısı olan naməlum ellinist heykəltaraş tərəfindən e.ə. III əsrin sonu-II əsrin əvvəllərində hazırlanmış, ya da Qədim Yunan heykəlinin yüksək keyfiyyətli Qədim Roma kopyasıdır. Hazırkı mükəmməl vəziyyətinə heykəl bərpaçı Vinçenzo Paçetti tərəfindən restavrasiya edilməsindən sonra gətirilmişdir. Heykəl, əvvəllər Adrian mavzoleyi kimi də tanınan Müqəddəs Mələk qəsri yaxınlığındakı xəndəkdən təxminən 1620-ci illərdə tapılmışdır.