Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bayburd
Bayburd — İrəvan qubeniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km cənub-şərqdə, Gərni çayının Milli qolununun sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. V əsrdən mövcuddur. Toponim oğuz soyundan olan bayburt etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı bayburdlu olmuşdur. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 143 nəfər, 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 224 nəfər, 1904 - cü ildə 201 nəfər, 1914 - cü ildə 284 nəfər, 1916-cı ildə 465 nəfər azərbaycanlılar yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.
Babarud (Urmiya)
Babarud (fars. بابارود‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 615 nəfər yaşayır (125 ailə).