Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Deşdahat
Deşdahat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Deşdahat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini vaxtilə Böyük "at (indiki Hat) kəndindən ayrılmış ailələr Dəşt adlanan yerdə saldığına görə belə adlandırılmışdır. Oykonim dəşt (İran dillərində "çöl") və Hat (toponim) komponentlərindən düzəlmiş bu coğrafi ad "çöldə yerləşən Hat kəndi" mənasındadır. Dəştəhat variantında da qeydə alınmışdrr.
Bediha Tunadağı
Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır. == Karyerası == 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır.2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur.Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.
Bədalan (Xoy)
Bədalan (fars. بدلان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Demoqrafiya == === Əhali === 2006-cı il məlumatına görə kənddə 569 nəfər (110 ailə) yaşayır. === Dil və din === Kənd əhalisi Azərbaycan türklərindən ibarətdir. Əsas ünsiyyət vastəsi azərbaycan türkcəsidir. Əhali islam dininin şiə məzhəbində etiqat edir.
Bəvanat şəhristanı
Bəvanat şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Suriyan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 44,069 nəfər və 11,341 ailədən ibarət idi.
Nəbahat Çehrə
Nəbahat Çehrə (türk. Nebahat Çehre; 15 mart 1944, Samsun) — məşhur Türkiyə aktrisası. == Həyatı və karyerası == Nəbahat Çehrə 15 mart 1944-cü ildə Samsunda dörd uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında ikən ailəsi İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilmişdir. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu. 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkildi və 30 yanvar 1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurdu. "Ölkə məsələlərindən həyata baxışına qədər hər mövzuda məlumat əldə etməsində Yılmaz Güneyin böyük rolu oldu. O zamanlar ayaqları üzərində dura bilməyən gənc qız, yəni mən işin ciddiyyətini Yılmazdan öyrəndim" deyən Nəbahat Çehrə Güneyin təcrübəsindən çox şey öyrəndiyini bildirmişdir. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır.