Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birinci beşillik plan (SSRİ)
Birinci Beşillik Plan (I пятилетний план, первая пятилетка) — 1928–1932-ci illər arasında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin dövründə əldə edilmiş iqtisadi hədəflərin siyahısı. Plan Sovet İttifaqının iqtisadiyyatında tək ölkədə Sosializm nəzəriyyəsinə uyğun olaraq, sıçrayış etmək məqsədi daşıyırdı.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. == Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu == Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. == İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar == === Neft sənayesinin inkişafı === Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birillik istiot
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Birillik xırdaləçək
Birillik xırdaləçək (lat. Erigeron annuus) - xırdaləçək cinsinə aid bitki növü.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Birillik zümrüdçiçəyi
Birillik zöhrəotu
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. == Məzmun == Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir.Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".