Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bibiyoni
Bibihoni — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 31 km cənub-şərqdə, Lənkəran şəhərinin sağ sahilinin 4 kilometrliyində, Peştəsər silsiləsinin yamacındadır. == Əhalisi == Əhalisi 995 nəfərdir (2008).[mənbə göstərin] == Tarixi == Bibihoni Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Tədqiqatçılara görə, qismən təhrifə uğramış bu toponimin əsli Bibəhonidir. Toponim Talış dilindəki bib (heyva) və honi (bulaq) sözlərindən ibarət olub, "heyvalı bulaq" mənasındadır. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır. Bibiyanı (1917), Bibiyoni (1961) variantlarında da qeydə alınmışdır. Hidronimin bibi (fars. "xanım") və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət olub, "xanım bulağı" mənasında olduğunu da ehtimal etmək olar. Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Xanım bulağı adlı su obyekti məlumdur.