Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Yapon dilində hörmət bildirən şəkilçilər
Yapon dilində hörmət bildirən şəkilçilər (yap. 日本語の敬称 nihonqo no keysö) — yaponların danışıq zamanı insanın adı, soyadı, peşəsi, təxəllüsü və s. əlavə etdiyi şəkilçilər. Sayğı şəkilçiləri Yaponların ünsiyyətində mühüm rol oynayır. Onlar həmsöhbətlərin arasındaki sosial statusu, biri-birinə olan münasibəti, yaxınlığı bildirir. Hər hansı bir şəkilçini istafadə etməklə insana olan hörməti göstərmək və ya onu təhqir etmək olar. Şəkilçisiz müraciət Böyuklərin yeniyetmələrə, dostların öz aralarında şəkilçisiz müraciəti normaldır. İnsan bu şəkilçilərdən istifadə etmirsə bu, açıq aşkar kobudluğdur. Şəkilçisiz, amma soyadnan müraciət etmə familyar, amma bir qədər «uzaq» münasibətlərin əlamətidir (məktəblilərin və tələbələrin biri-birinə müraciət etməyi nümünə kimi gətirmək olar). == Ən çox istifadə olunan şəkilçilər == === -san === San (san)-san (さん) — daha çox kiçiklərin yaşca böyük olanlara və biri-birini tanimayanların arasında istifadə olunan neytral sayğı şəkilçisi.