Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blindaj
Blindaj (fr. blindage,fr. blinder) − artilleriya, mina, pulemyot atəşindən, o cümlədən kütləvi qırğın silahlarından qorunmaq üçün, həmçinin şəxsi heyətin istirahəti üçün nəzərdə tutulan müvəqqəti və ya daimi yeraltı istehkam tikilisi. Blindaj, düşmən tərəfindən görünməyən və ətrafı istehkam divarları ilə əhatələnmiş yerlərdə tikilməlidir. Müharibə dövrlərində blindajlardan qərargah, tibb məntəqəsi və s. kimi istifadə edilir. Həm Birinci Dünya müharibəsində, həm də İkinci dünya müharibəsində praktik olaraq bütün müdafiə rayonlarında blindajlardan istifadə olunurdu. Blindaj adətən səngər sisteminin tərkibində tikilir və müşahidə mövqeyinə malik olmur. Blindaj taxta, dəmir-beton, daş və ya metal konstruksiyadan tikilir. == Xarici keçidlər == Blindaj // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Silindr
Silindr — Düzbucaqlının hər hansı tərəfi ətrafında fırlanmasından alınan cisim silindr adlanır. Həndəsi elementdir. O iki paralel müstəvi doğuran səthindən ibarətdir. Doğuran səthi düz xəttin çevrə üzrə fırlanmasından alınır. Silindrin formalarına görə ona düz, dairəvi vəya düz-dairəvi adlanır. Düz silindr — Düz silindr o silindrə deyilir ki o silindrin təpəsində duran müstəvi hissəsinin mərkəzindən o biri təpəsinə çəkilən hündürlük oturacağının mərkəzinə düşsün. Həcmi: : V = S o t ⋅ h = π r 2 ⋅ h {\displaystyle V=S_{ot}\ \cdot h=\pi r^{2}\cdot h} Yan səthin sahəsi: S y a n = 2 π r ⋅ h {\displaystyle S_{yan}=2\pi r\cdot h} Tam səthin sahəsi: S t a m = 2 π r ⋅ h + 2 ⋅ π r 2 = 2 π r ( r + h ) {\displaystyle S_{tam}=2\pi r\cdot h+2\cdot \pi r^{2}=2\pi r(r+h)} Silindrin dioqonal kəsiyi düzbucaqlıdır.
Belinda Brooks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Belinda Bruks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Silindr başlığı
Silindr başlığı - daxili yanma mühərriklərində mühərrik blokunun üst hissəsinə bərkidilir. Silindr bloku yanma kamerasinı yuxarıdan qapadığından, o yuxarıdan yüksək temperatura məruz qalır. Buna görə də, silindr blokunun soyudulmasına əhəmiyyət verilir. Şaquli quruluşlu mühərriklərdə silindr bloku qazın verilməsi üçün sorma və xaricetmə klapanlarını, onların idarəetmə sistemini (paylayıcı val) özündə yerləşdirir. Əlavə olaraq bu bloklarda alışdırma şamları (Otto mühərrikində) və ya püskürtmə ucluqları (Dizel mühərriki) quraşdırılır. Dolayı yolla püskürtmə sisteminə malik dizel mühərriklərində silindr blokunda əlavə yanma kamerası və közərtmə şamları olur. Kiçik mühərriklərdə silindr bloku kompakt hazırlandığı halda, böyük mühərriklərdə əlavə olaraq aralıq silindr blokundan istifadə edilir. Silindr bloku ilə mühərrik bloku arasında kipləşdirici aralıq qatı qoyulur və onlar boltlarla bir-biri ilə möhkəm bağlanır. Silindr bloklar mühərrikin növündən asılı olaraq çuqun və ya aliminiumdan hazırlanır. == Istinad == Rezo Əliyev.
Alan Blinder
Alan Stüart Blinder (/ˈblaɪndər/ , 14 oktyabr 1945, Bruklin, Nyu-York ştatı) — Prinston Universitetində amerikalı iqtisadiyyat professoru, Federal Ehtiyat Sisteminin 15-ci sədr müavini. IDEAS/RePEc-ə görə dünyanın ən nüfuzlu iqtisadçıları sırasındadır. Aparıcı makro iqtisadçı, siyasi liberal və Keynsçi iqtisadiyyat və siyasətlərin müdafiəçisidir.Binder 1993-cü ilin yanvarından 1994-cü ilin iyununadək Prezident Bill Klintonun İqtisadi Məsləhətçilər Şurasında və 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarınadək FED sədrinin müavini vəzifələrində çalışıb.Onun akademik fəaliyyəti xüsusilə pul siyasəti və mərkəzi bankçılıq və iş yerlərinin "offşorinqi" üzərində cəmlənmişdir. Onun yazıları The Wall Street Journal, həmçinin The New York Times və The Washington Post-da aylıq köşə yazılarında dərc olunub. 2007–2008-ci illərin maliyyə böhranı ilə bağlı Blinder iqtisadçı həmkarları üçün "Bu, burada baş verə bilər" və "Fırıldaqçılıq və fırıldağa yaxın hadisələr makroiqtisadi əhəmiyyət qazana bilər" daxil olmaqla on dərs çəkdi.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Bılıntax Arıta
Bılıktax Arıta — Yakut dilindən tərcümədə lilli ada mənasını verir. Laptevlər dənizinin Olenok körfəzi ərazisində yerləşən kiçik ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski rayonu ərazisində yerləşir. Olenok çayının deltasında, materikdən 2,4 km aralıda yerləşir. Bıtıktax-Tyebyoleqe, Tiqyan-Tyebyoleqe qolları ilə əhatələnmişdir. Ada güclü şəkildə bataqlıqlaşmışdır. Ən hündür nöqtəsi 4 metrdir.