Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnəkdağ
İnəkdağı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvаn qubеrniyаsının Аlеksаndrоpоl qəzаsındа kənd аdı. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 19 km məsаfədə yеrləşir. İnəkdağı kəndinin yaranma tarixi aldığımız mənbələrə görə XVIII əsrin başlanğıcında (1715–1720) Dərişdilər tayfasından olan Qazax Məmmədin adı ilə bağlıdır. Kəndin ilk adı İnəkdağı sözünün mənası kəndin şimal hissəsindəki yüksəklikdə yerləşən İnək formasında olan dağın adı ilə bağlıdır. Deyilənlərə görə dağın ətrafındakı meşəlikdə vaxtilə maral sürüləri yaşayırmış. Marallardan biri kəndin Dərişdilər tayfasından Aişə nənənin qapısına gələrək sağılardı. Kəndin ilk adı 1976-cı ilə qədər İnəkdağı, ikinci adı isə erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində dəyişdirilərək Yenikənd qoyulmuşdur. Həmin ad 1988-ci ilin dekabrına qədər olmuşdur.19 аprеl 1991-ci ildə isə kəndin adı Tretuk qoyulmuşdur. 13 aprel 1919-cu ildə tayqulaq Andronikin başçılıq etdiyi daşnak terror qrupları Göyçə mahalının 22 kəndinə, Inəkdağı və ətraf kəndlərə basqın etmiş, əhalisini yurd-yuvasından didərgin salmışlar.