Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biodeqradasiya
Biodeqradasiya (bioloji parçalanma) – canlı orqanizmlərin fəaliyyəti nəticəsində mürrəkəb maddələrin, materialların, məhsulların parçalanması deməkdir. Əsasən biodeqradasiya dedikdə yuxarıda adı çəkilmiş məhsullara mikroorqanizmlərin, göbələk, yosun kimi canlı orqanizmlərin təsiri nəzərdə tutulur. Biodeqradasiyanın sürəti prosesdə iştirak edən orqanizmlərin növü va ya növlərilə, (temperatur, rütubət)şəraitilə, işıqlandırma və bir sıra digər amillər tərəfindən müəyyən edilir. == Biosferdə rolu == Biodeqradasiya — təbiətdə insan fəaliyyəti nəticəsinda əmələ gələn tullantıların, o cümlədən sənaye tullantılarının məhv edilməsinin əsas mexanizmlərindən biridir. Radioaktiv maddələr istisna olmaqla, bütün üzvi və bir çox qeyri-üzvi çirkləndiricilər az və ya çox dərəcədə biodeqradasiyaya uğrayırlar. Məhz biodeqradasiya ekosistemin özünü bərpa etməsinin əsas mexanizmidir. == Insan tərəfindən istifadə edilməsi == Biodeqradasiyadan praktiki məqsədlər üçün istifadə edilə bilər. Məsələn: ərzaq tullantılarının biodeqradasiyası bioqazın alınması üçün istifadə olunur. Bu ona əsaslanır ki, müxtəlif xarakterli tullantılardan istifadə edilməsinə baxmayaraq mikroorqanizmlər həmişə eyni məhsul ixrac edirlər- metan. == Mənfi aspektlər == Materialların köhnəlməsi, dağılması, ərzaq məhsullarının yararsız vəziyyətə düşməsi.