Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dielektrik itkiləri
Dielektrik itkiləri — dielektrik elektrik sahəsində yerləşən zaman sərf edilən aktiv güc və ya enerjidir. == Haqqında == Dielektrik itkiləri həm sabit,həm də dəyişən gərginlikdə baş verə bilər.Dielktrik itkiləri əsas etibarı ilə aşağıdaki səbəblərdən yaranır Elektrik keçiriciliyi hesabına yaranan; Dipol-relaksasiya və ya gecikmiş polzarizasiya hesabına yaranan; Strukturun q/l keçiricliyi hesabına yaranan. Tərkibində qaz qabarcıqları olan dielekriklərdə ionlaşma, hesabına yaranan dielektrik itkiləri və s. dielektrik itkilərinin yaranmasının əsas səbəbi elektrik sahəsində dielektriklərdə baş verən fiziki proseslərin,sona çatması üçün əlavə enerjinin sərf olunmasıdır. Dielektriklər itkiləri,dielektrikdə səpələnən enerji istilik enerjisinə çevrilir və dielektrik elektrik sahəsində əlavə olaraq qızır. Buna görə də dielektrik itkiləri xoşagəlməz hal kimi qəbul edilir. Lakin bütün dielektriklərdə elektrik sahəsində mövcuddur. Dielektrik itkiləriniin qiyməti nə qədər az olsa bir qədər yaxşıdır. Sabit gərginliklərdə dielektriklərdə yaranan itkilərin əsasən keçiriclik hesabına yaranması itkilərlə xarakterizə olunur. Dəyişən gərginlikdə isə keçiriclik hesabına yaranan itkilərdən əlavə həm də polyarizasiya hesabına itkilər yaranır.Elektrik və ion polyarizasiyasl dielektrik itkiləri yaratmır.
Dielektrik nüfuzluğu
Dielektrik nüfuzluğu – dielektrik mühiti xarakterizə edən nisbi fiziki kəmiyyətdir və bu mühitdə iki elektrik yükünün qarşılıqlı təsir qüvvəsinin vakuuma nisbətən neçə dəfə az olduğunu göstərir. Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən aslıdır. Dielektrik nüfuzluğu elektrik sahəsinin tezliyindən, temperatur və təzyiqdən asılıdır.