Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biqilde (Baltas)
Biqilde (rus. Бигильдино, başq. Бейгилде) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 232 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 25 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 92 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (66%) və tatarlar (33%) üstünlük təşkil edir.
Abebe Bikila
Abebe Bikila (አበበ ቢቂላ) (7 avqust 1932 – 25 oktyabr 1973, Əddis-Əbəbə, Efiopiya imperiyası) – Efiopiyalı marafonçu. Olimpiya Oyunları tarixində ilk dəfə qızıl medal almış Qara Afrikalıdır.Addis Ababada bir stadion onun şərəfinə adlandırılmışdır. == Həyatı == 1960-cı ildə Romada keçiriləcək XVII Yay Olimpiadasına yollanacaq Efiopiya yığmasının marafon qaçışı üzrə atleti Vami Biratu futbol oynayıb, zədə aldıqdan sonra onun yerinə Abebe Bikila adlı başqa atlet çağırılmışdı. Son anda yığmaya çağırılan Abebe əvəzlədiyi atlet qədər potensiallı görünməsə də, öz üzərində səylə çalışaraq ölkəsinin idman tarixində iz qoymağı bacarır. O, sentyabrın 10-da ayaqyalın qaçmaqla marafon qaçışının qalibi olmuşdu. Bu uğurunu Tokioda keçirilən növbəti Olimpiada zamanı təkrarlayaraq, ikinci dəfə qızıl medal qazanan atlet jurnalistlərin sualına — "İstədim ki, bütün dünya Vətənim Efiopiyanın hər zaman əzmkarlıq və qəhrəmanlıqla qələbə qazandığını bilsin." — deyə cavab vermişdi. 37 yaşında avtomobil qəzasında aldığı zədə ucbatından qaçış atletizmi ilə məşğul ola bilmir, lakin idmandan da əl çəkmir, oxatma yarışı ilə məşğul olur. Həmin zədə səbəbindən dünyasını dəyişən atlet 75 000 nəfərin iştirak etdiyi dövlət səviyyəli matəm mərasimində dəfn olunur.