Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirenalı Feodor
Kirenalı Feodor (yun. Θεόδωρος ὁ Κυρηναῖος; E.ə. V əsr – E.ə. IV əsr) — Liviya əsilli qədim yunan riyaziyyatçısı, pifaqorçusu; irrasional ədədlər nəzəriyyəsinin inkişafına böyük töhfələr vermişdir..
Teodorus (Kirenalı)
Kirenalı Teodorus və ya Ateist Teodor (yun. Θεόδωρος, m. ö. V – IV yüzilliklər) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir.. == Fəlsəfəsi == Teodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də “Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar haqqında” kitab da yazmışdır. Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir.