Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birrəng ağ şam
Birrəng ağ şam (lat. Abies concolor) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. ABŞ-nin cənub-qərbi və Şimali Meksika dağlarında, dəniz səviyyəsindən 2000–3000 m-ə qədər hündürlükdə kölgəli yamaclarda və çayların kənarında bitir. 350 ilə qədər yaşayır. Hündürlüyü 40 (60) m-ə çatan, gövdəsinin diametri 1,8 m-ə qədər, konusvarı, sıx çətirli ağacdır. Yaşlandıqda çətiri a.ağıya doğru əyilir. Gövdəsinin qabığı boz, qalın və hamardır. İynəyarpaqları hər tərəfdən göyümtül-yaşıl, üstü orta damarcığın ətrafında 6-8 ağızcıq xətli, alt tərəfi kilin hər tərəfindən 5-8 ağızcıq xətlidir. Tumurcuqların diametri 3–5 mm-dir. Toxum qabıqları əsasən pazşəkillidir.