Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burbonlu Lüdovik
Burbonlu Lüdovik (isp. Luis de Borbón; fr. Louis de Bourbon) (1 noyabr 1661[…], Fontenblo – 14 aprel 1711[…], Mödon[d]) – Fransa kralı XIV Lüdovikin ilk oğlu və ölümünədək Fransa taxt-tacının varisi, Fransa dofeni. Anası Mariya Tereza isə İspaniya kralı IV Filippin qızı idi. Adaşı olan oğlunun doğumundan sonra Böyük dofen (fr. Grand Dauphin) olaraq anılmağa başlandı. Ancaq atasından öncə vəfat etdiyi üçün kral ola bilmədi. Atasının uzun sürən səltənətinin ardından öz nəvəsi XV Lüdovik taxta çıxdı. == Mənbə == Achaintre, Nicolas Louis, Histoire généalogique et chronologique de la maison royale de Bourbon, Vol. 2, (Publisher Mansut Fils, 4 Rue de l'École de Médecine, Paris, 1825), 479 Dunlop, Ian, Louis XIV, Pimlico London, 2001, p.
Burqonlu Mariya
Burqonlu Mariya (fr. Marie de Bourgogne) (d. 13 fevral 1457 - ö. 27 mart 1482) — Burqon hersoqu Cəsur Karlın qızı, Burqon hersoqinası. Burqundiya hersoqu Cəsur Karl və xanımı Burbonlu İzabellanın yeganə övladı idi. 5 yanvar 1477-ci ildə baş tutan Nansi döyüşündə atasının həlak olması ilə, onun yeganə varisi olaraq Burqundiya hersoqinası oldu. Fransa kralı XI Lüdovikə qarşı torpaqlarını qorumaq məqsədilə 1477-ci ildə Habsburq ailəsindən Maksimilyanla evləndi. Bu evlilik uzun illər davam edəcək Habsburq-Fransa münaqişəsinə səbəb oldu. == Mənbə == Armstrong, C.A.J. (1957). "The Burgundian Netherlands, 1477-1521".