Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mazutlu-bitumlu şlam
Mazutlu-bitumlu şlam - neftin neftayrıma zavodlarında ilkin emal zamanı, yəni xam neftin termiki fraksiyalaşdırılmamışdan əvvəl asılı mexaniki hissəciklərdən təmizlənməsi üçün gilli qranulometrik tərkibə malik absorbentlərdən istifadə edilir. Həmin absorbentlər neftin tərkibində olan xırda hissəciklərlə birləşərək böyük həcmdə tullantıya çevrilirlər ki, onlarda öz növbəsində neftlə hopmuş olurlar. Onlar tullantı halında şlamxanada toplanmaqlla netfli birləşmələrlə zənginləşmişlər. Tullantılar fiziki-kimyəvi və fotokimyəvi proseslər nəticəsində müəyyən dövr ərzində mazut, sonra isə bitum halına keçirlər. Bina misal olaraq Zığ yaşayış sahəsininn yaxınlığındalı mazutlu-bitumlu şlamxananı göstərmək olar.
Birtoxumlu acılıqotu
Birtoxumlu acılıqotu (lat. Ephedra monosperma) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Ephedra minima K.S.Hao Ephedra monostachya Turcz. Ephedra polygonoides Siev.
Birtoxumlu ardıc
Birtoxumlu ardıc (lat. Juniperus monosperma) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Xortumlu aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Xortumlu bərabərqanadlılar
Bərabərqanadlılar (lat. Homoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. 30000-ə yaxın növü məlumdur. Bunlardan 600-nə Azərbaycanda rast gəlinir. Müxtəlif formalıdır. Az hərəkətlidir. Ağzı xortum şəklindədir. Cırcıramakimilər, yarpaq birələri, ağqanadlılar, mənənələr və koksidlər yarımdəstəsi xortumlu bərabərqanadlılara daxildir. Xortumlu bərabərqanadlılar bitkilərin hüceyrə şirəsini sormaqla, yarpaqlarda fır əmələ gətirməklə, virus və digər xəstəlikləri yoluxdurmaqla, cavan zoğları mişarlamaqla kənd təsərrüfatı bitkilərinə zərər vururlar.
Xortumlu itciyəc
Xortumlu itciyəc (lat. Rhynchocyon) — atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.
Xortumlu zəlilər
Xortumlu zəlilər — (lat. Rhynchobdellıda ) Zəli sinfinə aid dəstə Bu dəstəyə kiçik və orta ölçülü zəlilər aid olub, bədənlərinin uzunluğu 5-30 mm, bəzən də 50-75 mm-ə çatır. Bütün növləri udlağın xortumuna çevrilməsi ilə xarakterizə olunur. Çinədan və bağırsağında metamer yerləşən yan cibciklər vardır. Spermatofor vasitəsilə mayalanırlar. Spermatofor dişi fərdin hər hansı bir nahiyəsinə, əsasən cinsi dəliyinə yapışdırılır. Dəstənin xarakterik nümayəndələrində biri müxtəlif balıqlarda parazit edən balıq zəlisidir. Balıq zəlisi şirin sularda geniş yayılmışdır. Bəzən sahibini tərk edərək, bitkilərin üzərində yaşayırlar. Baramalarını bitkilərin və hər hansı bir substratın üzərinə yapışdırırlar.
Bariumlu çöl şpatları
Bariumlu çöl şpatları — tərkibində 2%-dən çox BaO olan çöl şpatları: selzian Ba[Al2Si2O8] və hialofan (K, Na, Ba) [AlSi3O8]. Selzianın tərkibində barium komponentinin miqdarı 90%-dən çox, hialofanda isə 30%-dən az olur. Çöl şpatının tərkibində selzian komponentinin miqdarı anortitdən çox olarsa, çöl şpatı kalsioselzian, 10-20% olduqda isə bariumlu plagioklaz adlanır. İki natamam izomorf sırası vardır: qələvi çöl şpatı - hialofan - selzian və plagioklaz – kalsio­selzian - selzian. Bariumlu çöl şpatları quruluşu kalium çöl şpatlarının aşağı temperaturlu modifikasiyasının quruluşuna yaxındır. Bariumlu çöl şpatları Mn yataqlarında rast gəlir. Selzian komponenti az olan bariumlu çöl şpatları qələvi süxurlarda tapılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Bozsifət xortumlu itiyəz
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Peters xortumlu itciyəzi
Peters xortumlu itciyəzi (lat. Rhynchocyon petersi) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Qızılı xortumlu itciyəz
Qızılı xortumlu itciyəz (lat. Rhynchocyon chrysopygus) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Xallı xortumlu itciyəz
Xallı xortumlu itciyəz (lat. Rhynchocyon cirnei) — xortumlu itciyəc cinsinə aid heyvan növü.