Lockheed SR-71 Blackbird
Max 3,2 sürətlə uçmaq qabiliyyətinə malik SR-71 “Blackbird” istifadədə olduğu dövrün ən sürətli təyyarəsi idi. O, Soyuq müharibənin sonlarına yaxın istifadədən çıxarılan zaman belə onun sürətinə çata bilən ikinci bir təyyarə yox idi.
“Blackbird” ilkin olaraq 1990-ci ildə, Sovet İttifaqının dağılmasından az öncə təqaüdə çıxdı. Nəhayət Konqresin təkidi ilə ABŞ HHQ bu təyyarələrin üçünü qısa müddətliyinə, 1995-1998-ci illərdə yenidən istifadəyə verdi. 1999-cu ildə NASA təyyarə ilə tədqiqat missiyası həyata keçirdi və sonda o, başqa bir təyyarə ilə əvəzlənmədən istifadədən təmamilə çıxarıldı.
SR-71 analoqsuz imkanlar təmin etsə də, ən böyük problemi çox yüksək xərcləri idi. Üstəlik ABŞ HHQ təyyarənin yeni nəsil Sovet HHM sistemlərinə qarşı mübarizədə sağ qala biləcəyindən şübhəli idi. Əslində struktur bu səbəblərdən dolayı Konqresin təkidinə qarşı xeyli etiraz da etmişdi.
Bu təyyarələrin istifadəsinin dayandırılması qərarı bir neçə faktora əsaslanırdı. Dövrün HHQ komandanı Larri Uelç bildirirdi ki, kəşfiyyat peyklərinin imkanlarının artması ilə SR-71-lər Sovetlərin SAM-5 yer-hava raketləri qarşısında aciz qala bilər.