Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır. Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Bloqosfera
Bloqosfera (ing. blogosphere – bloq dünyası) – termini noosfera və bu kimi terminlərə analoji olaraq yaranmış, birlik və ya sosial şəbəkələrə oxşar “bloqlar toplusunu” özündə əks etdirir. 1999-cu ilin avqustunda San-Fransisko şəhərində (ABŞ) yerləşən Pyra Labs kompüter şirkəti ilk dəfə ödənişsiz, kütləvi istifadəyə yararlı və çox sadə istifadə vasitələri olan bloq saytı (Blogger.com) yaratdı. Sonradan bu sayt Google şirkəti tərəfindən alındı. Məhz Blogger çoxlu sayda bloqların yaranmasına və yeni noosfera olan bloqosferanın sürətlə inkişafına təkan verdi. == Yaranma tarixi == Bu ifadə ilk dəfə 10 sentyabr 1999-cu il tarixində Bred Qrehem (Brad Graham) tərəfindən zarafatla işlədilmişdir. İfadə ingilis dilində belə səslənirdi: “Goodbye, cyberspace! Hello, blogiverse? Blogosphere? Blogmos?”.
Biogeosfer
Biogeosfer – Yer kürəsinin canlı varlıqlar toplanan qabığıdır. Biogeosfer Yer qabığının üst qatının hava okeanı ilə təmasda olduğu sərhəddə və su örtüyünün yuxarı hissəsində yerləşir. Biogeosfer Yer kürəsində insanın daim yaşaya bildiyi və hərtərəfli yeganə təbəqədir. İnsanlar özlərinə lazım olan resursların demək olar ki, hamısını (suyu, oksigeni, yanacağı, ərzağı, sənaye və tikinti üçün xammalı və s.ni) biogeosferdən alırlar.