Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Con Bardin
Con Bardin (23 may 1908, Madison - 30 yanvar 1991, Boston) — ABŞ fiziki, iki dəfə Fizika üzrə Nobel mükafatı laureatı (1956, 1972) == Uşaqlığı və gəncliyi == ABŞ-nin Viskonsin ştatının Medison şəhərində anadan olmuşdur. 1923-cü ildə Medison Sentral məktəbindənməzun olmuşdur. Viskonsin Universitetində elektrik mühəndisliyi üzrə təhsil almışdır. Riyaziyyat və fizika mövzuları üzrə çox işləmişdir. Elektrik bölümündən məzun olduqdan sonra Çikaqodakı Qərbi Elektrik Kompaniyasında işləməyə başlamışdır. 1928-ci ildə universitetindən məzun olmuşdur. == Karyerası və vəfatı == 23 may 1908-ci ildə anadan olmuş amerikalı fizik, tranzistorun müəlliflərindən biri Con Bardin (John Bardeen) fizika sahəsində Nobel mükafatına layiq görülmüş ilk alimdir. O, 1956-cı ildə U.Şokli və U.Bratteynlə birgə tranzistoru kəşf etdiyinə görə və 1972-ci ildə L.Kuperlə və C.Şrifferlə birgə ifrat keçiricilik nəzəriyyəsini yaratdığına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1938-ci ildə Minnesota Universitetində dərs verməyə başlamışdır. 1943-cü ildə "Manhettin layihəsi"nə qatılmaq təklif olunmuş, amma təklifi qəbul etməmişdir.
Roberto Bordin
Roberto Bordin (it. Roberto Bordin; 10 yanvar 1965, Zəviyyə) — Liviyada anadan olmuş italiyalı keçmiş futbolçu və məşqçi. Azərbaycanın Neftçi futbol klubunun keçmiş baş məşqçisi. == Karyerası == Liviyada bir italyan ailəsində anadan olmuşdur. Futbolçu karyerasına İtaliyanın şimal-qərbində yerləşən San-Remo təmsilçisi "Sanremense" komandasında başlamışdır. Bu komandadan ayrıldıqdan sonra "Taranto" və "Parma" klublarında İtaliyanın aşağı liqalarında çıxış etmişdir. Daha sonra İtaliya A Seriyasında mübarizə aparan "Çezena" və "Atalanta" klublarının heyətində oynamışdır. Ardınca müxtəlif illər ərzində "Napoli", "Pyaçenza", "Triestina", "Spezia" və "Viçentsa" klublarında çıxış etmişdir. Bir müddət Marçelo Lippinin də rəhbərlik etdiyi "Napoli"də futbolçu karyerasının ən yaxşı illərini keçirmişdir. Məhz bu klubun heyətində 1996-97 mövsümü İtaliya Kubokunun gümüş mükafatçısı olmuşdur.
The Boring Company
The Boring Company 2016-cı ilin sonunda İlon Mask tərəfindən qurulan tunel inşaat şirkətidir.Mask şirkəti Los-Ancelesdəki tıxac probleminin azaldılması məqsədi ilə qurmuşdur. == Tarixi == Şirkət 2016-cı ildə İlon Maskın Twitter hesabında açıqladığı tunel istehsal etmək fikrindən sonra quruldu.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. == Həyatı == 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). == ABŞ Uorren Hardinq prezidentliyi dövründə == 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq

Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. == Məzmun == Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn’t Exist

Barkinq və Dagenhem borosu
Barkinq və Dagenhem borosu (ing. Barking and Dagenham) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-şərqində yerləşir və sahəsi 36,09 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuşdur. 1 aprel 1965-ci ildə Esseksin Barkinq və Dagenhem rayonlarının birləşdirilməsi hesabına yaradılmışdır. Barkinq və Dagenhem 2012 Yay Olimpiya Oyunlarının keçirildiyi 6 London borosundan biridir.