Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mişel Baçelet
Veronica Mişel Baçelet Xeriya (isp. Verónica Michelle Bachelet Jeria; 29 sentyabr 1951[…]) — Çili Respublikasının 35-ci (2006-2010) və 37-ci (2014-cü ildən) Prezidenti. == Həyatı == 29 sentyabr 1951-ci ildə Çilinin Santyaqo şəhərində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Merilenddə almışdır. Ali təhsilini 1970-ci ildə Çili Universitetinin Tibb fakültəsində almağa başlamışdır. 1975-ci ildə Humbolt Universitetində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == 1990-1993-cü illərdə Qərb Metropoliteni Səhiyyə Xidmətində, 1994-1997-ci illərdə Səhiyyə Nazirliyində məsləhətçi, 1998-2000-ci illərdə Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2000-2002-ci illərdə Çilinin səhiyyə naziri, 2002-2004-cü illərdə isə Çilinin müdafiə naziri olmuşdur. 2006-cı ildə ölkə Prezidenti seçilmiş və 11 mart 2010-cu ilədək bu vəzifədə olmuşdur. 2014-cü ildə ikinci dəfə Çili Prezidenti seçilmişdir.