Bruselyoz
Bruselyoz – zoonoz infeksion-allergik xəstəlikdir, Brucella cinsi bakteriyaları tərəfindən törədilir. Bəzən – vaxtında aparılmamış diaqnostikada və gecikmiş müalicədə xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas eti- barilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir.
== Tarixi məlumat ==
Bruselyoz Aralıq dənizi zonasında qədim vaxtlardan çox vaxt "aralıq dənizi qızdırması" adı altında məlumdur. XIX əsrin ikinci yarısında xəstəlik Britaniya hərbi və hərbi-dəniz bazasında (malta adası) hərbi xidmət keçmiş ingilis əsgərləri arasında baş vermişdir. Xəstəlik Malta qızdırması adını almışdır, onun mənşəyinin açıqlanması üçün Bryusun (Bruce) rəhbərliyi altında elmi ekspedisiya təşkil olunmuşdur. Həkim- lərin işi olduqca məhsuldar olmuşdur: törədici (Micrococcus me- litensis) aşkar edilmişdir, infeksiya mənbəyi təyin edilmiş, hərbi qulluqçuların yoluxması üsulu, həmçinin profilaktika metodu işlənib hazırlanmış və effektiv şəkildə həyata keçirilmişdir (qay- nadılmamış keçi südünün istifadəsinə qadağa qoymaq).
Klinik əlamətinə görə müasir bruselyozu xatırladan bu xəstə- lik bəşəriyyətə hələ eradan əvvəl 2400-cü ildə məlum idi. Bu xəs- təliyə dair ilk elmi axtarışlar coğrafi cəhətdən Aralıq dənizinin adaları və sahilləri ilə bağlıdır. Özünəməxsus xüsusiyyətlərə malik bu xəstəliyin yaranma səbəblərinin anlaşılmasında dönüş mərhələsi D. Bruce tərəfindən 1887-ci ildə törədicinin aşkar edilməsi oldu.