Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bukmeyker
Bukmeyker (ing. bookmaker) — İdman matçlarına pul qoyuluşlarını özündə təzahür etdirən totalizator oyunları. == Tarixi == İlk rəsmi bukmeyker futbolun vətəni sayılan İngiltərədə yaranmışdır. Bu ideya Riçard Tattersollun ağlına gələndə 1780-ci il idi və hələ futbol idman növü kimi yox idi. Amma, həmin illərdə Britaniyada atçılıq ən gəlirli sahə sayılır və əhalinin at yarışlarına marağını görən Tattersoll cıdırlara gələn tamaşaçılar arasında mərc oyunu keçirməyə başlayır. Amma ilk bukmeyker kontorunun yaradıcısı isə Riçard sayılmır. İdeya sahibinin yaşadığı dövrdən təxminən bir əsr sonra - XIX əsrin ortalarında Fred Suindell və Leviafan Devis adlı iki nəfər Londonda ilk bukmeyker kontorunu açmışdılar. Hazırda bu sahədə fəaliyyət göstərən şirkətlərin əksəriyyətinin mərkəzi ofisi Böyük Britaniyada və İtaliyada yerləşir. Həmin ölkələrdə bukmeyker kontorlarının illik dövriyyəsi 10-12 milyard dollar həcmindədir. == Qanunvericilik bazası == Bukmeykerlik haqqında qanun ilk dəfə Böyük Britaniyada qəbul edilib.
Topaz (bukmeyker)
Topaz – Azərbaycanda bukmeyker. 2014-cü ildə ölkədə ən çox tanınan brendlərdən biri kimi göstərilmişdir. == Tarixi == Bukmeyker 8 yanvar 2011-ci ildə ölkədə mərc oyunlarına olan 13 illik qadağadan sonra qurulmuşdur.2011-ci ildə şirkət 500-cü mərc ofisini açmışdır. == Əməliyyatlar == Şirkətin 1000-dən çox işçisi var. Şirkət telefon və internetlə birlikdə 500-dən çox lisenziyalaşdırılmış mərc ofisində mərc etməyi təklif edir. == Sponsorluq == 2012-ci ildə Topaz Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmuşdur. 5 avqust 2019-cu ildə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirmidir ki, Topaz 2019/2020 Azərbaycan Premyer Liqa mövsümünün rəsmi sponsoru olmayacaq. == Tənqid == 2013-cü ilin martında AR Milli Məclisi gənclər üzərində mənfi təsirinə görə Topaza qarşı tənqidlər etmişdir, lakin Gənclər və İdman naziri Azad Rəhimov Topazın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini bildirmişdir.
Karolin Şumeyker
Karolin Cin Spellman Şumeyker (ing. Carolyn Jean Spellmann Shoemaker; 24 iyun 1929, Qallap[d], Nyu-Meksiko – 13 avqust 2021) — ABŞ astronomu.