Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bumeranq
Bumeranq (ing. Boomerang) — adətən qəbilələr, xüsusilə Avstraliya yerliləri (aborigen), ayrıca qədim misirlilər və avropalılar, Hindistanın bəzi bölgələrindəki qəbilələr tərəfindən, ovçuluq məqsədləri üçün silah kimi istifadə edilən V formalı uçan vasitə.. Avstraliya və ABŞ-də idman vasitəsi olaraq istifadə edilir. == Müxtəlif ölkələrdə bumeranq == Bumeranq yalnız Avstraliya aborigenlərinə xas deyil. Buna bənzər silahlar, son zamanlara qədər, cənub və şimal-qərb Hindistan yerliləri və ABŞ-nin cənub-qərbində yaşayan Hopi hinduları tərəfindən də istifadə edilirdi. Tarixin əvvəllərində avropalıları və Qədim Misirlilər də bumeranq istifadə edirdilər. Misirın daha sonrakı dövrlərində (E.ə. 1500) Nil bataqlıqlarında bumeranqlarla quş ovlamaq Misir əsilzadələri tərəfindən sevilən idman növü olmuşdur. Buna görə bumeranq atmanın, insanın ən qədim idmanı növü olduğu da düşünülür. Bumeranq indiki vaxtda Avstraliya, ABŞ və bəzi ölkələrdə idman vasitəsi kimi istifadə edilməkdədir.
Bumeranq (sualtı vulkan)
Bumeranq sualtı vulkanı — Amsterdam adasından 12 km şimal-şərdə yerləşən sualtı vulkan. Vulkan Sent-Pol qaynar nöqtəsini əmələ gətirir və 2 km-lik kalderaya sahibdir. Kalderanın dərinliyi 200 metrdir. Aktiv olaraq fəaliyyətdədir.
Dəli ürək: Bumeranq cəhənnəmi
Dəli ürək: bumeranq cəhənnəmi — 2001-ci ildə Osman Sınav tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş türk döyüş filmidir. == Mövzu == Əsgər yoldaşı Camalın Leyla ilə toyunda iştirak etmək üçün Yusuf Miroğlu və Zeynəb Diyarbəkirə gəlirlər. Toyu zamanı Camalın öldürülməsindən sonra Yusif cinayətlə maraqlanmağa başlayır. Hadisələrin gedişatı qaranlıq xarici kəşfiyyat-terror təşkilatı əlaqələrinə qədər gedib çıxır.
Dəli ürək: bumeranq cəhənnəmi (film, 2001)
Dəli ürək: bumeranq cəhənnəmi — 2001-ci ildə Osman Sınav tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş türk döyüş filmidir. == Mövzu == Əsgər yoldaşı Camalın Leyla ilə toyunda iştirak etmək üçün Yusuf Miroğlu və Zeynəb Diyarbəkirə gəlirlər. Toyu zamanı Camalın öldürülməsindən sonra Yusif cinayətlə maraqlanmağa başlayır. Hadisələrin gedişatı qaranlıq xarici kəşfiyyat-terror təşkilatı əlaqələrinə qədər gedib çıxır.
Boomerang
Bumeranq
Boomerang (Türkiyə)
«Boomerang» — «Turner Broadcasting System Europe» şirkətinin sahibləndiyi və uşaqlar üçün yayımlanan Türkiyə telekanalı. == Tarixçə == 13 aprel 2016-cı ildə «Turner Broadcasting System Europe» şirkəti 23 aprel 2016-cı ildə Uşaqların Beynəlxalq Müdafiəsi Günü səbəbilə, «Boomerang» telekanalının Türkiyədə yayımına başlayacağını açıqlamışdır. Telekanal Türkiyədə həmin tarixdə yayıma başlayan ilk telekanal olmuşdur. HD kanalı Türkiyədə yalnız «Tivibu» və «D-Smart» operatorlarında yayımlanır.
Boomerang (telekanal)
Boomerang- Turner Broadcasting System Europe tərəfindən qurulan Amerikan kabel şəbəkəsi və Warner Bros.-a məxsus AT&T-nin bir bölməsi olan telekanal. Kanalın ikinci sahibi Warner Media-dır. Cartoon Network-un müstəqil telekanallarından biri olan Boomerang, 1 aprel 2000-ci il tarixində rəqəmsal peyk və kabel televiziyası kimi yarandı. == Tarixçə == === Mənşəyi === Boomerang yayımının əsasını təşkil edən proqramların çoxu 1997-ci ildən 1999-cu ilə qədər Cartoon Network-dəki TBS blokunda yayımlanan proqramların bir hissəsi idi. Boomerang-ın sahibi olan Turner Broadcasting System Europe kanalın 1 aprel 2001-ci ildə sərbəst yayıma başlamasını təmin etdi. === Rusca yayımı === Telekanalın rus dilindəki versiyası 2012-ci il iyunun 12-də işə başlamış və 14 noyabr tarixində Moskvada telekanal kimi təqdim olunmuşdur.Boomerang xüsusilə karikatura karyerasında ixtisaslaşır. Amerika, İngilis, Avstraliya, Alman, İspan Fransız, Braziliya, Rus və Polşa versiyaları də bəzi Şərqi Avropa ölkələrində fəaliyyət göstərir. Boomerang - Hər şey sizə geri qayıdır şüarı ilə yayımına davam edir. Daha əvvəl Rusiyada verilişlər ingilis və polyak dillərində də təqdim olunmuşdur. 4 iyul 2013-cü ildə kanal üçün Rusiya səsləndiricisi yaradılmışdır.
Boomerang (Böyük Britaniya və İrlandiya)
Boomerang (Böyük Britaniya və İrlandiya) - Hanna-Barbera və Warner Bros. kimi studiyaların müasir və klassik proqramlarını yayımlayan 24 saatlıq Böyük Britaniya telekanalıdır. Televiziya 27 may 2000-ci il tarixində Cartoon Network-un spin-offu və ABŞ Televiziya Şəbəkəsinin lokalizasiyası kimi fəaliyyətə başladı. Həmçinin, telekanal AT&T-nin Warner Media beynəlxalq bölməsi altında idarə olunur. == Tarixçə == === Mənşəyi === Boomerang (Böyük Britaniya və İrlandiya) 1993-cü ildə yayım bloku kimi fəaliyyətə başlamışdır. === Yayım === Boomerang 27 may 2000-ci il tarixində, saat 06:00–00:00 radələrində "Sky Digital" və digər kabel televiziyalarında yayıma başlamışdır. Cartoon Network o vaxtlar mürəkkəb bir cədvələ sahib idi və buna görə kanal Turner Broadcasting tərəfindən Hanna-Barbera, MGM və Warner Bros. proqram kitabxanasının arxivindəki klassik cizgi filmləri və eyni zamanda qardaş kanalının cədvəlindəki bir çox klassik serialları yayımlamaq üçün yaradılmışdır. 2001-ci ilin may ayında, Boomerang ikinci ən çox baxılan uşaq kanalı olmuşdur. Həmin ilin iyulunda, kanal "Telewest" kabel operatoruna əlavə olunur, beləki tamaşaçı sayı da getdikcə artmağa başlayır.
Boomerang (Yaxın Şərq və Şimali Afrika)
Bumeranq Avropa - Yaxın Şərq və Afrika (əvvəllər Boomerang HQ) - uşaqların cizgi filmlərini yayımlayan Warner Bros. Afrika-ya məxsus bir uşaq kanalıdır. Bumeranq Afrika - Afrikada yayımlanan və Bumeranq MENA - Yunanıstan və Kiprdən əlavə Yaxın Şərqdə və Şimali Afrikada yayımlanir.