Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burqundlar
Burqundlar(lat. Burgundii, fr. Burgondes) — German əsilli bir tayfa. == Tarixi == Tarixdən məlumdur ki, Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3-1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. VI əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. Burqundlar isə Frank krallığına birləşdirilənədək Arian məzhəbinə etiqadları olub. Burqundların ilk ana yurdu haqqında müxtəlif versiyalar var: Oder bölgəsinin mənbəyi, Skandinaviya, Bornholm adası.
Buqunlar
Buqunlar - həmçinin kxovalar - şərqi Hindistanda xalq. Buqunların əsas hissəsi Arunaçal-Pradeş ştatının Qərbi Kamenq dairəsində yaşayır. Onlar Rupa çayının hər iki sahilində yerləşən Vanqxu, Dikxiyanq, Biçom, Ramu, Lali, Situ, Saçida, Liçini, Ditçinq, Manqolam, Sinqçunq, Namfri və Kaspi kəndlərində kompakt şəkildə məskunlaşmışlar. Buqunların ümumi sayı 900 nəfərdir.. Buqun dili Tibet-birma dil ailəsinə aiddir. Buqunlar arasında animistik dini inamlar və həmçinin Tibet buddizmi dini yayılmışdır.