Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buzdağı
Aysberq (alm. Eisberg‎, "buz dağ") və ya Buzdağı — okeanlarda üzən çox iri buz parçaları. Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür: piramidal, maysvari. Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır.
Dıxsu buzlağı
Dıxtau (rus. Дыхтау, qaraç.-balk. Дых тау – türkcə "dik dağ" sözündən götürülüb, kələ-kötür dağ deməkdir) — Rusiyada, Kabarda-Balkar Respublikasında, Böyük Qafqazın mәrkәzi hissәsindә yerləşən Elbrusdan sonra әn yüksәk zirvә. Hündürlüyü 5204 metrdir. Kristallik süxurlardan ibarәtdir. Şərq yamacından mürәkkәb Dıxsu dәrә buzlağı (sahәsinә görә Qafqazda Bezengi buzlağından sonra ikinci) enir. == Dırmanış və fəth == Dıxtauya ən yaxşı şəkildə şimaldan (Rusiya) daxil olmaq olar. Bezingi alpinist düşərgəsi 2,180 metr (7,150 ft) hündürlükdə yerləşir. Zirvə ilk dəfə 1888-ci ildə Albert Mammeri və Henrix Zurfluh tərəfindən fəth edilmişdir. Kiril əlifbası ilə yazılmış müxtəlif sovet hərbi xəritələrini internetdə tapmaq olar və bu xəritələrdən ikisi Dıxtau ərazisini əhatə edir.
Edgeyoyukulen buzlağı
Edgeyoyukulen buzlağı (norv. Edgeøyjøkulen) — Şpitsbergen arxipelaqına daxil olan Edj adasında yerləşən buzlaq. Onun sahəsi 1 365 km²-dir. Bu isə ada ərazisinin 3-də bir hissəsini təşkil edir. Buzlağın qalınlığı 250 metrdir.
Ellen buzlağı
Ellen buzlağı — Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Anderson dağı, 4111 zirvəsinin şərq yamacını əmələ gətirir. Sentinel dağlarının mərkəzində yerləşmişdir. Buzlağın ilk xəritəsi Amerika Birləşmiş Ştatların Geoloji xəritəsində tərtib edilmişdir. Hərbi dəniz qüvvələrinin 1957-59-cu illərdə havada çəkdikləri fotolar ABŞ Podpolkovniki Çiçeron C. Ellen tərəfindən Antarktida Adları Məşvərət Komitəsinə təqdim olunmuşdur. Buzlaq da hava əməliyyatlarının bir çoxunda komandada olan, Cənub Qütbü Stansiyanın hərbi hava qüvvələrinin Ellenin adını daşıyır. == Yerləşməsi == Ellen buzlağı 78°13′ c. e. 84°30′ q. u.
Embree buzlağı
Embree buzlağı — 20 mil uzunluğu olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Heyl dağı, Devis dağı, Bentli dağının şərq yamacını, Anderson dağının şimal-şərq yamacını, Probuda silsiləsinin şimal-qərb yamacını əmələ gətirir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq 1956-cı ildə Cənub Qütbü Stansiyasının yaradılması haqqında ortaq olan General-mayor Henri Embreenin adını daşıyır. == Yerləşməsi == Embree buzlağı 77°59′00″ c. e. 85°10′00″ q. u. koordinatlarında yerləşmişdir. Şmid dağından şimalda, Teqqe dağından şərqdə yerləşmişdir.
Fonfon buzlağı
Fonfon buzlağı (bolq. ледник Фонфон, ‘Lednik Fonfon’ \'led-nik fon-'fon\) — 4 km uzunluğu və 2.3 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Gerila buzlağından şimalda, Embree buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq Bolqarıstandakı Vitoşa dağının Fonfon ərazisinin adını daşıyır. == Yerləşməsi == Fonfon buzlağı 78°11′00″ c. e. 86°01′50″ q. u. koordinatlarında yerləşmişdir.
Gerila buzlağı
Gerila buzlağı (bolq. ледник Герила, ‘Lednik Gerila’ \'led-nik ge-'ri-la\) — 7.5 km uzunluğu və 2 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Burdenis buzlağından şimalda, Fonfon buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq şimal-şərqi Bolqarıstandan axan Gerila çayının adını daşıyır. == Yerləşməsi == Gerila buzlağı 78°12′25″ c. e. 86°02′00″ q. u. koordinatlarında yerləşmişdir.
Hinlopenbrin buzlağı
Hinlopenbrin buzlağı (norv. Hinlopenbreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın şərqində yerləşir. Onun sahəsi 1 250 km²-dir. Uzunluğu isə 70 km-dir.
Kanada buzlağı
Kanada buzlağı — Antarktidanın cənubunda, Viktoriya Torpağıda yerləşək kiçik buz kütləsi. == Coğrafiyası == Buzlaq 77º37' cənub paraleli və 162º59' şərq meridianı aralığında yerləşir. Kanada buzlağı Kommanvelz və Loftus buzlağlarının da başladığı McLennan dağının zirvəsinin altında, 1900 m yüksəklikdə başlayır. Şimal qərb istiqamətindən gələrək Friksel gölünün qərbindən Teylor vadisinə axaraq dəniz səviyyəsinə bir neçə metr qalmış sona çatır. Kiçik Hore gölünün şərq sərhədini təşkil edir. == Kəşfi == Kanada buzlağının, cənab Robert Falkon Skottun rəhbərliyi altında ingilis Terra Nova elmi gəzintisi sırasında (1910–1913) xəritəsi hazırlanmışdır. Buzlağın adı, bu qrupun üzvü olan və bu bölgəni araşdıran Kanadalı fizikaçı Çarles Raytın irəli sürdüyü təklifdən sonra qoyulub.
Kanqşunq Buzlağı
Kanqşunq Buzlağı — Everest dağında yerləşən üç əsas buzlaqdan biridir və Çinin Tibet Muxtar Vilayəti daxilindəki Tibet bölgəsindədir. Digər iki buzlaq Xumbu Buzlağı və Ronqbuk Buzlağıdır. == Coğrafiya == Kanqşunq buzlağının yığılma sahələri Everestin üç əsas yamacında yerləşir. Buzlaq dünyanın ən yüksək dağının şərq yamacında, Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətinin Şinqatse rayonunda yerləşir. Everest və Lhotzenin ortaq şərq yamacı Kanqşunq divarı adlanır. Kanşunq buzlağı buradan başlayır və sonra Kama vadisindən şərqə doğru axaraq Kama Çu çayına çevrilir. Buzlağın cənubu və Lhotzenin şərqi Makaluya (8463 m) və onun yaxınlığındakı Makalu II (7678 m — həmçinin Kanqşunqtze adlanır) və Makalu zirvəsinin görünüşünü gizlədən Çomo Lonzoya (7818 m) qədər uzanır. Nepal və Çin arasındakı sərhəd bu zirvədən keçir. Everest dağının şərq tərəfi dağın ən az əlçatan və inkişaf etmiş tərəfidir. Ronqbuk buzlağındakı baza düşərgəsinə cip və Everestin cənub tərəfinə bir gecədə qalmaq üçün möhkəmləndirilmiş lojalardan istifadə edərək bir neçə günə çatmaq mümkün olsa da, Kanqşunq Buzlağına yalnız bir neçə günlük yürüşdən sonra çatmaq olar.
Kleptuza buzlağı
Kleptuza buzlağı (bolq. ледник Клептуза, ‘Lednik Kleptuza’ \'led-nik klep-'tu-za\) — 6 km uzunluğu, 6 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq Studena burnundan qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən karst bulağı olan Kleptuzanın adını daşıyır. == Yerləşməsi == Kleptuza buzlağı 64°36′00″ c. e. 63°16′00″ q. u. koordinatlarında yerləşmişdir. Tamuris buzlağından cənub-şərqdə, Altimir buzlağından qərbdə yerləşmişdir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir. Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. == Yerləşməsi == Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir.
Kommanvelz buzlağı
Kommanvelz buzlağı — Antarktidanın cənubunda, Viktoriya Torpağında yerləşən buz kütləsi. == Coğrafiyası == Buzlaq 77º35' cənub paraleli və 163º19' şərq meridianı aralığında yerləşir. Kommanvelz buzlağı Kanada və Loftus buzlağlarının da başladığı McLennan dağının zirvəsinin altında, 1900 m yüksəklikdə başlayır. Buradan cənub şərq istiqamətinə doğru axaraq Teylor vadisində Koulmen dağının qərb hissəsində sonlanır və Friksel gölünün şərq sərhədini təşkil edir. == Kəşfi == Buzlağın xəritəsi, 1910-cu ildən 1813-cü ilə qədər davam edən və Antarktida qitəsinin cənubunda cənab Robert Falkon Skott liderliyində həyata keçirilən ingilis Terra-Nova elmi gəzintisi əsnasında hazırlanmışdır. Kommanvelz buzlağına, gəzintiyə böyük miqdarda maliyyə vəsaiti ayıran Avstraliya tarix birliyinin ( (ing.) Commonwealth of Australia) adı verilmişdir. Həmçinin bu kiçik qrupun üzvlərinin iki nəfəri Avstraliyalı olub, araşdırmalarda iştirak etmişlər.
Konqsvegen buzlağı
Konqsvegen buzlağı (norv. Kongsvegen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq Konqs-fiorddan cənub-şərqdə VII Hokon Torpağı ilə II Oskar Torpağı arasında yerləşir. Onun uzunluğu 20 km, sahəsi 105 km²-dir.
Kopsis buzlağı
Kopsis buzlağı (bolq. ледник Копсис, ‘Lednik Kopsis’ \'led-nik 'kop-sis\) — 13 km uzunluğu və 4 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq mərkəzi Bolqarıstanda yerləşən orta əsr qalası olan Kopsisin adını daşıyır. == Yerləşməsi == Kopsis buzlağı 78°03′20″ c. e. 85°16′00″ q. u. koordinatlarında yerləşmişdir. Voysil zirvəsi, Qozur dağı və Paniçeri uçurumundan şimal-şərqdə, Mirovyane zirvəsindən və Embree buzlağından şimal-qərbdə yerləşmişdir.
Kronebrin buzlağı
Kronebrin buzlağı (norv. Kronebreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq gün ərzində 2 metr hərəkət edir. Sahəsi 690 km² ərazini əhatə edir. Konsvegen və Kouvey buzlaqlarına parçalanır.
Librin buzlağı
Librin buzlağı (norv. Leighbreen) — Şpitsbergen arxipelaqına daxil olan Şimal-Şərq Torpağı adasında yerləşən buzlaq. Buzlaq adanın şimal-şərqində yerləşir. Onun sahəsi 925 km² təşkil edir. Buzlaq ingilis səyyahı Benjamın Li Smitin şərəfinə adlandırılmışdır (1828–1913). O, adanı 1870–1880-ci bir neçə dəfə ziyarət etmişdir.
Lipen buzlağı
Lipen buzlağı (bolq. ледник Липен, ‘Lednik Lipen’ \'led-nik 'li-pen\) — 5 km uzunluğu, 3.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Lipen şəhərinin adını daşıyır. == Yerləşməsi == Lipen buzlağı 64°29′15″ c. e. 63°16′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Resus buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Lomonosovfonna buzlağı
Lomonosovfonna (norv. Lomonosovfonna) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın mərkəzində, Billefiorddan şimal-şərqdə, V Olav buzlağından qərbdə yerləşir. Onun sahəsi 800 km² təşkil edir. Buzlaq rus alimi Mixail Lomonosovun şərəfinə adlandırılmışdır (1711—1765).
Marsa buzlağı
Marsa buzlağı (bolq. ледник Марса, ‘Lednik Marsa’ \'led-nik 'mar-sa\) — 5 km uzunluğu və 1.5 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Patleyna buzlağından şimal-şərqdə, Padala buzlağından şimal-qərbdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyindən şərqdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən orta əsr şəhəri olan Marsanın adını daşıyır. == Yerləşməsi == Marsa buzlağı 78°01′50″ c. e. 85°41′40″ q. u.
Mitev buzlağı
Mitev buzlağı (bolq. Митев ледник, ‘Mitev Lednik’ \'mi-tev 'led-nik\) — 2.9 km uzunluğu, 2.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Brabant adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq Laennnek buzlağından 750 m şərqdə yerləşmişdir. Buzlaq Bolqarıstanlı elm adamı, ürək döyüntüsünü kəş edən alim olan İvan Mitevin (1924-2006) adını daşıyır. Mitev buzlağı 64°12′30″ c. e. 62°09′30″ q. u. koordinatlarında yerləşmişdir. Avroleva yüksəkliyindən şimalda, Hill körfəzindən şimal-şərqdə, Petroff burnundan qərbdə yerləşmişdir.
Monakobrin buzlağı
Monakobrin buzlağı (norv. Monacobreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın qərbində, VII Hokon Torpağı ərazisində yerləşir. Onun sahəsi 408 km² təşkil edir. Buzlaq 1889—1922-ci illərdə Monako knyazı olmuş I Alertin şərəfinə adlandırılmışdır .
Muldava buzlağı
Muldava buzlağı (bolq. ледник Мулдава, ‘Lednik Muldava’ \'led-nik mul-'da-va\) — 4.4 km uzunluğu, 3.2 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Lyuk buzlağından qərbdə, Nesla buzlağından şimal-şərqdə yerləşmişdir. Lisiya silsiləsinin şimal-qərb yamacını, Perçot dağının şimal yamacını əmələ gətirir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Muldava şəhərinin adını daşıyır. Muldava buzlağı 65°42′10″ c. e. 64°12′10″ q. u. koordinatlarında yerləşmişdir.
Narezne buzlağı
Narezne buzlağı (bolq. ледник Нарезне, ‘Lednik Narezne’ \'led-nik na-'rez-ne\) — 7 km uzunluğu, 2.2 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Fild buzlağından cənubda, Finstervolder buzlağından şimal-qərbdə, Haefeli buzlağından şimalda yerləşmişdir. Barziya zirvəsindən qərbdə yerləşmişdir. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Narezne mağarasının adını daşıyır. Narezne buzlağı 67°11′05″ c. e. 66°16′30″ q. u. koordinatlarında yerləşmişdir.
Neqribrin buzlağı
Neqribrin buzlağı (norv. Negribreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın qərbində, V Olaf Torpağı və Sebin Torpağı ərazisində yerləşir. Onun sahəsi 1 180 km² təşkil edir. Buzlaq italyan coğrafiyaçısı Henri Xristoforun şərəfinə adlandırılmışdır (1809—1896).
Buldaci
Buldaci — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Buldaci bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,905 nəfər və 2,598 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhər öz gəzi ilə seçilir.